SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Abel Məhərrəmovun gerçək siması - Bacarıqsız rektor, saxta alim, uğursuz deputat - VİDEO

Abel Məhərrəmovun gerçək siması - Bacarıqsız rektor, saxta alim, uğursuz deputat - VİDEO

Tarix:

16-10-2017, 09:52

/ 62 040 dəfə oxundu.
Abel Məhərrəmovun gerçək siması - Bacarıqsız rektor, saxta alim, uğursuz deputat - VİDEO

Abel Məhərrəmov adı Azərbaycan ictimaiyyəti üçün kifayət qədər tanınandır. O rektor, alim, deputat kimi ən yüksək tribunalarda çox görünüb. Biz isə redaksiya olaraq A.Məhərrəmovun bu postlarda özünü necə göstərməsi haqda balaca bir ekskurs edəcəyik. Abel müəllimin məşhurluğu onun rektorluğu ilə başladığından biz də elə bundan başlayaq.

Bacarıqsız rektor yeganə tələbə üsyanının sbəbəbkarıdır
Abel Məhərrəmov 1950-ci il yanvarın 5-də Ağdam şəhərində doğulub. Atası Məmmədəli Məhərrəmov riyaziyyatçı olub. Oğlu anadan olanda adını Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə Abel qoyub. Azərbaycanlı Abelin Norveçli adaşının alimlik adı sanını necə davam etdirəcəyi haqda bir qədər sonra. Məhərrəmov 1999-cu il yanvarın 11-də Bakı Dövlət Universitetinə rektor təyin edilmişdir. Demokratik imici və pedoqoji rəhbərliyi ilə ölkə ali məktəblərinin rəhbərləri arasında xüsusi yeri olan Misir Mərdanovu əvəzləyən Abel müəllimin apardığı islahatlar Bakı Dövlət Universitetinin mühitini kökündən dəyişdi. Bura isə sıradan bir təhsil ocağı deyil. Yeni rektorun bacarıqsız idarəçiliyi pik nöqtəsinə 2014-cü ilin əvvəllərində çatdı. Həmin günlər BDU-da baş verənləri aşağıdakı videokadrlarda aydın təsəvvür etmək olar.
Bir sözlə A.Məhərrəmovun rektorluğu dönəmində ölkəyə nüfuzlu elm adamları, siyasi xadimlər, tanınmış şəxsiyyətlər yetişdirmiş BDU rüşvətlə, tələbələri təhdid edən dekanlarla, alt qrupa imtahana görə pul istənilməsi ilə, icra başçılarına, vəzifəli şəxslərə diplom satmaqla gündəmə gəlib. A.Məhərrəmovun qurduğu sistem artıq “Təfəkkür”, “Kooperasiya”, ABU kimi bazara çevrilmiş universitetlərdən fərqlənmir.
Görünən budur ki, BDU rektoru Müşviq Atakişiyev, Elşad Abdullayev yolu getməkdədir. Hətta bir müddət əvvəl rektorun adı icra başçılarına diplom satmaqda keçirdi. Çox adi bir müqayisə: Münhen Universitetində (LMU Munich) 45 min tələbəsi olan elm ocağının rektorunu tez-tez metroda görünür və heç bir cangüdəni yoxdur. Abel Məhərrəmov isə universitetdə gəzəndə cangüdənləri universitetin dəhlizlərində belə tələbələrin gəzməsini qadağan edirlər. Rektor kimi A. Məhərrəmovun təxminən tanıdığımızdan onun necə alim olmasını bilmək üçün Anaxeber.az olaraq kiçik araşdırma apardıq.
Alim olmaq asandı, insan olmaq çətin, bəs saxta alimlik necə?
Abel Məhərrəmovun alimlik dərəcəsi akademikdir. Akademik Abel Məhərrəmov, özü yazdığı, kimi 1500 elmi işin müəllifidir. Özü də bu işlər əsasən rektor və həm də deputat olduğu dövrlərdə yazılıbdır. Orta məktəbin adi riyaziyyat biliyi ilə də adi hesablama aparmaq olar. Əgər hər ay cəmi 10 səhifədən ibarət bir elmi iş yazmış olsa belə Abel Məhərrəmovun ancaq bu sahəyə 125 il vaxt ayırması, 15 min səhifəni elmi icadları ilə doldurması lazım idi. Onun isə cəmi 67 yaşı var. Axı bundan başqa Abel Məhərrəmov Azərbaycanın bir nömrəli, təxminən 20 minlik müəllim, tələbə kollektivindən ibarət bir elm ocağının rəhbəri, BDU-nun üzvi kimya kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının akademikidir, həm də Milli Məclisin deputatı olub. Bundan əlavə, sahibi olduğu biznes sahələrində haqq hesabların aparılmasına vaxt lazım olduğunu da nəzərə alsaq Abel müəllimin gördüyü işlərə heç 200 illik ömür də bəs etməz. Burada qeyd edək ki, yazıq Eynşteyn ömrü boyu cəmi 300-ə yaxın "cızma qara" etmiş və onun 1905-ci ildə yazdığı xüsusi nisbilik nəzəriyyəsi isə cəmi 7 səhifədən ibarət olub. Bəs onda 1500 elmi əsər necə peyda oldu?! Çox sadə, az qala universitetdə işləyən hər kəs, Abel müəllimin xəbəri belə olmayan yazdıqları elmi işdə, onun adını ya elmi rəhbər, ya da məsləhətçi kimi göstəriblər. Azərbaycan elmi və Abel müəllimin rektor və Milli Məclisin üzvü kimi fəaliyyəti göz qabağında olduğundan buna vaxt sərf etməyə dəyməz. Zatən alim olmaq asandır. Bəs bir insan kimi onun necə olması da yəqin çoxları üçün maraqlı olar. Rəhmətlik Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəldiyi ilk günlərdən minlərlə azərbaycanlı gənclərin SSRİ-nin aparıcı elm ocaqlarına oxumağa göndərməsi, içində ədalət hissi olan hər kəs tərəfindən, bəyənilir və bu bir faktdır. Ancaq Abel Məhərrəmovun 1973-cü ildə Moskvaya oxumağa göndərilməsinə görə mətbuatda ”Heydər Əliyevin mənə etdiyini ata, anam belə etməyib” deməsi isə çox mübahisəli fikirdir. Bu yerdə bir tarixi olayı xatırlatmaq yerinə düşər. 1950-ci illərin əvvəllərində Azərbaycan Elmlər Akademiyasının Vitse Prezidenti olan dahi şairimiz Səməd Vurğun bir aspirantdan imtahan götürərkən onun adının azərbaycanlılara xas olmadığını soruşduqda həmin aspirant dərhal cavab verir ki: “bağışlayın, mənim anam erməni olub. Ancaq bu səhvi tez bir zamanda düzəldərəm”. Dahi Səməd Vurğun həmin aspiranta baxıb deyir: ”Ana müqəddəsdir, ondan imtina etmək olmaz. Ola bilsin səndən alim olar, ancaq insan heç vaxt olmayacaq”.
Uğursuz deputatlıq
Abel Məhərrəmov 2005-2015-cu illərdə 16 saylı Yasamal ikinci seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Amma deputat Məhərrəmovun fəaliyyəti haqda uzun uzadı danışmağa dəyməz. Çünki Bakı şəhəri, 16 saylı Yasamal ikinci seçki dairəsinnin H.Cavid və İnşaatçılar prospektində, eləcə də İ.Qutqaşınlı, Z.Xəlilov, A.Şaiq və Ə.Cəmil küçələrində olub seçicilər deputat A.Məhərrəmovu 10 il müddətində tanımadılar, tanıyanlar isə onu əsasən rektor kimi tanıyırlar. Seçicilər deputatın onlarla görüşmədiyini, problemlərlə maraqlanmadığını və hesabat vermədiyini dəfələrlə mətbuata bildiriblər. Bunun üçün google axtarış sistemində A.Məhərrəmovun deputatlıq fəaliyyəti ilə bağlı kiçiçik ekskurs aparmaq bəs edər. edilər. Ümumiyyətlə, onun deputat kimi aktiv fəaliyyət göstərmədiyi hər kəsə bəllidir. Heç milli Məclisdə də A.Məhərrəmovun yadda qalan çıxışı olmayıb.
Hakimiyyətdə digər Məhərrəmovlar
Beləliklə, A.Məhərrəmovun fəaluyyəti üzərinə azacıq da olsa işıq saldıq. Rektor, alim və deputat kimi ona qiymət vermək oxucunun-vətəndaşlarımızın işidir. 1999-cu ildən BDU-nun rektoru postuna təyinat alan A.Məhərrəmovla bağlı istənilən xəbər, məlumat mətbuatda tirajlanır, geniş müzakirələrə yol açır. O, son vaxtlar yerli medianın diqqət mərkəzindədir. Amma digər siyasi elita nümayəndələri kimi A.Məhərrəmovun ailəsi, şəxsi çevrəsi haqda xəbərlərə yerli mediada çox nadir hallarda rast gəlmək mümkündür. Rektor-deputat ailəsi ilə bağlı xəbərlərin mətbuatda yer almasına bir qədər həssaslıqla yanaşır. Ziyalı Məhərrəmovlar ailəsində BDU-nun rektoru ilə bərabər onun digər qardaşları da kifayət qədər yüksək postlarda çalışır, yüksək məmur təbəqəsində təmsil olunurlar. BDU rektorunun qardaşlarının kim olması, harada çalışması, hansı vəzifəni tutması haqda Anaxeber.az olaraq media üzərindən araşdırmalarda əldə etdiyimiz məlumatları diqqətinizə çatdırırıq. Bildirək ki, Məhərrəmovlar ailəsində BDU-nun rektoru ilə bərabər onun digər qardaşları da kifayət qədər yüksək postlarda çalışır, yüksək məmur təbəqəsində təmsil olunurlar. Bir fərq var: onlar mətbuata rektor qədər açıq deyillər.
Adil Məmmədəli oğlu Məhərrəmov – A.Məhərrəmovdan yaşca kiçik olsa da tutduğu vəzifə olduqda böyükdür. O, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavinidir.
BDU rektorunun digər qardaşı Rauf Məhərrəmov ondan nə az,nə çox 20 yaş kiçikdir. O, 1970-ci ildə anadan olub. Rauf Məhərrəmov Ədliyyə Nazirliyinin Kadrlar idarəsinin rəisidir. Abel Məhərrəmovun digər qardaşı Məhərrəm Məhərrəmovdur. Onunla bağlı nə qədər çalışsaq da məhdud məlumat ala bildik. Əldə etdiyimiz məlumata görə, o, Prezident Adminstrasiyasında, Aparatın Həmkarlar İttifaqı Komitəsinin sədridir. Rektorun oğlu Anar Məhərrəmov isə Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiridir.

AnaXeber.Az

Şərhlər

XƏBƏR LENTİ