SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Hansı komitə sədri yol üstündədir? - Gəlişmə

Hansı komitə sədri yol üstündədir? - Gəlişmə

Tarix:

13-10-2017, 09:25

/ 90 895 dəfə oxundu.
Hansı komitə sədri yol üstündədir? - Gəlişmə

Bu günlərdə mətbuatda Yasamal rayonun keçmiş icra başçısı İbrahim Mehdiyev vəzifəsindən azad olunmadan 10 gün əvvəl rayonun 568-ci məhəllə və Zahid Xəlilov 30, 32, 34-də “Elite city” MMC tərəfindən çoxmərtəbəli bina tikintisinə icazə verilməsi üçün sərəncam imzaladığı barədə məqalələr işıq üzü gördü (http://virtualaz.org/olke/100113, http://musavat.com/news/yasamalda-sokuntu-qalmaqali-boyuyur-eraziye-mehkeme-hakimi-getirildi-video-fotolar_456702.html, http://www.tezadlar.az/manset/28354-yasamaln-kem-cra-bas-brahm-mehdyevn-shv-srncam-saknlr-ayaa-qaldrb.html).

Məqalədə sakinlərin bu sərəncamın qanunsuz olması barədə məhkəməyə müraciət etdikləri və bu zaman üçüncü şəxs olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsini göstərdikləri qeyd edilmişdir. Bu gün Komitə öz yaxasını kənara çəkmək istəsə də bu kimi xoşağəlməz halların yaranmasının səbəbkarı məhz odur və məhkəmədən və müraciət edən sakinlərdən bu məsələni incəliklə araşdırılmasını istərdik. Heç şübhəsiz ki, Komitə öz məktubu ilə müvafiq layihəni razılaşdırıb, indi isə öz rəyindən qaçmağa çalışır.

Bir qədər sonra gedənin arxasınca danışmağı özünə peşə etmiş Komitə əməkdaşları barədə bir sıra faktları səsləndirəcəyik. Hər bir halda binaların ərazi planlaşdırılması sahəsində mövcud olan bütün qanun pozuntularına görə məsuliyyət Komitənin üzərindədir və buna görə gec-tez cavab vermək lazım gələcək.

Məlumdur ki, Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 nömrəli Qərarına əsasən qəzalı vəziyyətdə olan evlərin sökülərək yerində yenilərinin tikilməsi üçün Komitənin razılığı əsasında rayon icra hakimiyyəti orqanları tikintiyə icazə verirlər. Lakin Komitə ölkə rəhbərliyinin bu nəcib işini yerinə yetirmək gücündə deyil.

Belə ki, hələ köhnə binaların yerində yenilərinin tikintisinə start verən pilot layihə ilə əlaqədar ötən ilin yay aylarında Komitə fəallaşmağa başlayanda mətbuat Bakının Baş Planının olmadığını diqqətə çatdırdı. O zaman heç bir əndazəyə sığmayan cavablarla bu vəziyyətdən çıxmağa çalışdılar.

“Pilot layihə”nin həyata keçirilməsində Komitənin özbaşınalığı dillər əzbəridir və heç şübhəsiz ki, bu yaxınlarda əlaqədar orqanlar bununla bağlı başladıqları yoxlamaların acı nəticələrini elan edəcəklər (http://qafqazxeber.az/2017/06/baki-imdad-dil%C9%99yir/ ).

İndi də Kamil adlı işbaz kağız üzərində bir şirkət təsis edib, ona Komitənin sədri Abbas Ələsgərovun köməkliyi ilə lisenziya əldə edərək, “pilot layihə” ilə bağlı əraziləri gəzərək iş adamlarına onlara kömək edə biləcəyini bildirir. Bu zaman o, həyat yoldaşının Abbas Ələsgərovun ən etibarlı işçisi olduğunu, hər axşam körpə övladlarının sədrin otağında şuluqluq etdiyini, hətta rəssam qayınanasının da Komitənin tabeliyindəki qurumda yüksək məvaciblə işə götürüldüyünü vurğulayır.

“Pilot layihə” rayon icra başçıları üçün çox faydalıdır. Çünki onlar artıq Bakı Şəhər İcra Hakimiyyəti ilə deyil, Komitənin rəhbərliyi ilə anlaşmalı idilər və “anlaşdılar” da.

Bu işdə ən böyük canfəşanlıq edən icra başçısı isə İbrahim Mehdiyev idi. Heç kimə sirr deyil ki, o, Bakı Şəhəri İcra Hakimyyəti başçısının kreslosuna tamah salmışdı. Bu işdə isə Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərovu özünə silahdaş seçən başçı onunla tandem şəklində ağına-bozuna baxmadan rayona qənim kəsilmişdi.

Belə ki, icra hakimiyyətində aparılacaq yoxlamalar bir çox hallarda Komitənin razılaşdırdığı binaların Nazirlər Kabinetinin müəyyən etdiyi sökülmə ərazisinə aid olmadığını üzə çıxaracaq. Yəni icra başçısı sahibkar ilə anlaşır, onun bəyəndiyi yerin guya “pilot layihə” ərazsinə düşdüyünü həmin ərazidə yaşayan sakinlərə bəyan edir, daha sonra bununla bağlı bir məktub hazırlayıb Nazirlər Kabinetinə göndərir, nəticəsini gözləmədən Abbas Ələsgərovla “görüşüb” razılaşma alıb tikintiyə icazə verir.

Tandem o qədər şirniklənir ki, artıq mətbuat səhifələrində belə Bakı şəhər icra hakimiyyətinə hücumlar təşkil edir. Heç şübhəsiz ki, ayda bir neçə dəfə “əli dolu” Abbas Ələsgərovun yanına gələn, rəsmi tədbirlərdə onunla qucaqlaşıb gəzən İbrahim Mehdiyevin işdən çıxarılma səbələrindən biri və bəlkə də birincisi bu idi.

Özbaşınalıq o səviyyəyə çatmışdı ki, İbrahim Mehdiyev Komitə haqqında hətta “Azərbaycan” qəzetində də məqalə “sifariş” vermiş və bu zaman Bakı şəhər icra hakimiyyətini də vurmağı unutmamışdı: “Tikinti şirkətləri yaşayış binalarını daha çox birmərtəbəli yaşayış evlərinin yerində inşa ediblər. Bu zaman da şəhərsalma prinsipləri kobud şəkildə pozulub…Bu zaman kim harada gəldi sakinlərlə anlaşıb və bir neçə evi satın alıb.

Beləliklə, ərazidə ara məsafələrinə riayət edilmədən xaotik şəkildə binalar tikilib… Beləliklə, bir-biri ilə yanaşı olan hündürmərtəbəli binalar və birmərtəbəli evlər indi Bakının görkəminə xələl gətirən ciddi problemlərdən biri kimi qalmaqdadır. Bu həm də ekoloji və sanitar problemlərin yaranmasına səbəb olan amillərdəndir.

Digər bir problem isə tikinti şirkətlərinin həyata keçirdiyi layihələrin bir-birindən fərqli olması nəticəsində yaranan acınacaqlı mənzərədir.

Belə ki, eyni əra­zidə bir şirkət 16 mərtəbəli bina, digəri isə onun yanında 12 mərtəbəli bina ti­kib. Digər şirkət isə iki 10 mərtəbəli bina inşa edib. Bu binalardan biri 3 blok­lu, biri 1 bloklu, digərləri 6 blokludur. Hər biri də binanı fərqli şəkildə boya­yıb. Be­lə­lik­lə, arxitektur tələblərin pozulması nəticəsində şəhərin görünüşü korlanır….

Hazırda tikinti şirkətlərinin bu “pilot layihə”lərə cəlb olunması yerli icra hakimiyyətlərinin maraq dairəsindədir. Çünki yerli icra hakimiyyəti rəhbərliyi üçün əsas vəzifələrdən biri rayonun abadlaşdırılmasıdır. Buna görə iş adamları, tikinti şirkətləri bu sahədə fəaliyyətə dəvət olunur, onlara söküntü işlərinin aparılaraq yeni binaların tikiləcəyi ərazilər təklif edilir və qısa müddətdə tikinti üçün bütün sənədlər elə icra hakimiyyəti orqanları tərəfindən Dövlət Komitəsinə müraciət edilməklə hazırlanır…

Bu “pilot layihələr” tək binaların tikintisi ilə yekunlaşmır. Bu layihələr kompleks şəkildə özündə bütün infrastrukturun yaradılmasını nəzərdə tutur. Tikintisi başa çatdıqdan sonra ərazidə yaşıllıq sahələri, istirahət və idman meydançaları, avtomobil dayanacaqları və piyada yolları yaradılmalıdır. Bir sözlə, “pilot layihə” abadlaşdırılmış həyəti olan yaşayış kompleksinin yaradılması deməkdir”. (http://www.azerbaijan-news.az/index.php?mod=3&id=125101 ). Əgər bir qədər öncə icra başçısının verdiyi heç bir əndazəyə sığmayan, özündən razı müsahibəyə baxsanız, bu məqalənin eyni qələmlə kökləndiyini görə biərsiniz: “Bakı Şəhər İcra Hakimiyyəti, Fövqəladə Hallar Nazirliyi rəy versə də, mən öz tərəfimdən deyirəm ki, bu düzgün deyildi. Ümumiyyətlə, Bakıya 16-18 mərtəbəli bina yaraşmır. Şəhərsalma Komitəsi bu gün Bakıda 14 mərtəbədən yüksək bina tikməyə icazə vermir. Düz də edir. Mən onların bu qərarları ilə razıyam. Bakı şəhərində 14 mərtəbədən yuxarı bina tikmək olmaz. Yüksək mərtəbəli binaların tikilməsində normativlərə də əməl olunmalıdır. Hər adambaşına müəyyən qədər ərazi düşməlidir. Binalar tikilir, ancaq insanların istirahəti üçün yer yoxdur, maşınları saxlamaq üçün yer yoxdur, uşaqların oynaması üçün meydan yoxdur. Binanı binanın içində tikmək nə dərəcədə düzgündür?

– İcra hakimiyyəti olaraq, sizin bu prosesə müdaxilə etmək imkanınız yoxdurmu?

– Müdaxilə edirik, müəyyən layihələrə təsir göstəririk. Ancaq bu qanun-qaydalara Şəhərsalma və Arxitektura Komitəsi nəzarət edir.” (http://musavat.com/news/bu-saire-hormetsizlik-deyil-seristesizlikden-ve-tecrubesizlikden-bas-verib_420533.html ).
İbrahim Mehdiyevin bu dediklərinə nə qədər sadiq olduğunu isə son müraciətlər tam çılpaqlığı ilə göstərir.
Verilən məlumatlara görə İbrahim Mehdiyev Ramazan bayramı günlərində Abbas Ələsgərovun bağında tədbirlərdə bulunmuş və müvafiq materialların hazırlanması ilə məşğul olmuşdur.
İbrahim Mehdiyev sanki Abbas Ələsgərovun mətbuat katibi vəzifələrini öz üzərinə götümüşdü.
Belə ki, qəzetlərin birində göstərilir ki: ” Biz-Yasamal rayon İcra Hakimiyyətinin başçısı … bir mötəbər tədbirdə qarşılaşdıq. İbrahim müəllim yuxarıda bəhs etdiyim məlum yazıdan xəbərdar idi. Söhbət zamanı Abbas Ələsgərovla görüşümüzün bəzi detallarını onlara danışdım… Bu məqamda … müəllim israr etdi ki, Abbas Ələsgərov barədə danışdıqlarımı əhatələyən bir yazı dərc etdirim: “Sən artıq Abbas müəllimin obrazını yaratmısan… Yaxşıları dəstəkləmək və dəyərləndirmək lazımdır!”, – deyərək bu yazıya xeyir-dua verdi… Mən də onlara söz verdim”. (http://www.tezadlar.az/avto/26466-olduu-kimi-grnn-insan.html ).
Heç də təsadüfi deyil ki, İbrahim Mehdiyev işdən qovulandan sonra Abbas Ələsğərov da iki həftə işə çıxmadı. Hər an həbs oluna biləcəyindən qorxan sədr yazıq sima aldı, guya ölümcül xəstə olduğu barədə şaiyə buraxmağa başladı. İndi də işə ara-sıra gəlir və yalnız özünümüdafiə ilə məşğul olur. Eyni zamanda Komitənin elan etdiyi tenderlərin də bilavasitə öz rəhbərliyi ilə keçirilməsinə nəzarət etmək istəyir.
Belə ki, tender Komissiyasının üzvləri olan Aparat rəhbəri Canbala Ağabalayev və Dilcan Mustafayev artıq bir çox qanun pozuntularında təcrübə toplayıblar.
Belə ki, saxta yollarla müharibə veteranı, əmək veteranı kitabçaları əldə etmiş Dilcan bu yolla dövlət büdcəsindən on minlərlə vergini gizlətmiş, təqaüdə çıxmaq adı ilə məvacibinin altı mislini almış və yenidən həqiqi dövlət qulluğundadır.
Canbala müəllim isə Komitədən verilən bütün çıxarışları öz əlində toplamağa və beləliklə də öz əlaltıları vasitəsilə geniş korrupsiya şəbəkəsi yaratmağa nail olmuşdur. Onun imzası ilə verilən reyestrdən çıxarışlar Canbala müəllimi əsl oliqarxa çevirmiş və o, yaxın ətrafına “tezliklə Abbas müəllimin yerinə mən oturacam və Dilcan da aparat rəhbəri olacaq, odur ki, bizimlə hesablaşmayanların sonu pis qurtaracaq” mesajını verir. Özünün “mifik” havadarları barədə rəvayətlərlə insanların gözünə kül üfürən, şəhərsalma və memarlıq sahəsində mütəxəssis olmayan Canbala müəllim özünə ehtiyat variant kimi şöbə müdiri vəzifəsini da saxlayır və həmin vəzifəyə təyinata heç bir vəclə yol vermir. Eyni zamanda Hesablama Palatasından iki il ardıcıl olaraq daxil olan və Dilcanın həbsi üçün yetərli olacaq materiallar Komitədə hamıdan gizlədilir, onlar barədə heç bir ölçü görülmür.
Qeyd etmək lazımdır ki, on il əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş olan Komitənin fəaliyyətinə artıq mətbuat işıq saımağa başlamışdır. “Bakı şəhərinin Ərazidən İstifadə Zonalaşdırma Planı/Baş plan” layihəsi ötən ilin sonlarında təqdim edilən kimi Komitə top atəşinə tutuldu. Bəyan edildi ki, bu layihə biabırçı bir sənəddir. (Mənbə: http://apa.az/iqtisadiyyat-xeberleri/infrastruktur/baki-seher-icra-hakimiyyeti-bakinin-bas-plani-realliqdan-uzaq-ve-esassizdir.html).
Daha sonra ahıl yaşında olan kişi heç nədən utanmayaraq, yıxılana balta vurmaq məqsədilə Ziya Məmmədova hücuma keçmək və bununla da kimlərəsə yarınmaq istədi: ““Böyük Bakının Regional İnkişaf Planı” (Baş plan) layihəsi artıq hazırdır və Nazirlər Kabinetinə təqdim olunub… Layihə ilə bağlı nazirliklərin verdiyi təkliflərin bəziləri ilə razılaşsaq da, bəziləri ilə razılaşmadıq. Misal üçün, keçmiş nəqliyyat naziri Ziya Məmmədov bizə təklif etmişdi ki, Bakıda ikinci pullu yol da olsun. Ancaq bizdə bir pullu yol var. Ona görə də nazirliyə cavab verdik ki, Bakıda bir pullu yol kifayət edir” (Mənbə: http://www.tezadlar.az/iqtisadiyyat/22814-ziya-mmmdov-bakda-ikinci-pullu-yol-tklifini-veribmi-amma.html ).
Maraqlıdır ki, Bakıda pullu yolu harada görüb? Belə elementar məsələlərdən xəbərdar olmayan, lakin saçına-saqqalına yaraşmayan hərəkətlər edən bir insanın Bakının Baş Planını hazırlaması nə dərəcədə doğrudur?
Təbii ki, sədrin belə hərəkəti hamıda qıcıq doğurdu və bir-birinin ardınca bir neçə mətbu orqan Baş plan məsələsini yenidən qabartdılar. Artıq hüquqi müstəvidə müzakirələr başladı və tanınmış vəkil Fuad Agayev, hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Mirvari Qəhrəmanlı məsələ ilə bağlı od püskürdülər (Mənbələr: http://news.legion.az/15287–bak%C4%B1dak%C4%B1-tikinti-isleri-1984-cu-ilin-plan%C4%B1-esas%C4%B1nda-apar%C4%B1l%C4%B1b.html, http://qafqaznews.az/2017/03/sovetski-ni-mudd-ti-bitmis-bas-plan-sasinda-sokubl-r/). “Tikinti yerini biz yox, Bakı Şəhər İcra Hakimiyyəti müəyyən edir. Fövqəladə Hallar Nazirliyi kimin işi görməsindən asılı olmayaraq, sadəcə inşaat formasına və binanın layihəsini alandan sonra, onun dözümlülüyünə nəzarət edir. Əgər layihə Dövlət Memarlıq və Şəhərsalma Komitəsindən müsbət rəy alıbsa, o zaman biz də öz rəyimizi avtomatik olaraq təqdim edirik”, – deyən Nazirlik rəsmisi də Bakıda tikinti sahəsindəki gözlə görünən qanunsuzluqlara görə məsuliyyəti birmənalı olaraq Komitənin daşıdığını net şəkildə vurğuladı. Köməyə yalnız Memarlar İttifaqının sədri hörmətli Elbəy Qasımzadə gəldi və bir sıra məsələlərə aydınlıq gətirməyə çalışdı.
Lakin artıq gec idi və düyməyə basılmşdı. “Yeni musavat” qəzetinin köşə yazarı Zamin Hacı artıq birbaşa Abbas Ələsgərova hücuma keçdi: “…bəs sən niyə maaş alırsan? Bir məmur özünün heç bir işə yaramadığını daha necə ifadə etməlidir? Özü də Abbas müəllimin sonrakı cümləsi onun vəzifəsinə ümumiyyətlə yer qoymur…”(Mənbə: http://musavat.com/ru/mobile/news/soken-kim-tiken-kim_423571.html ).
Artıq istiqamət və üsul bəlli idi. Saytdakı məlumatları götürüb analiz etmək, Komitəni palçığa qarışdırmaq lazım idi. Bunu sadələşdirən səbəblərdən ən böyüyü isə Komitədə vəziyyəti real başa düşən, mətbuatla işləməyi bacaran, elementar məntiqi mühakimə yürütmək qabiliyyəti olan mütəxəssislərin olmaması idi.
Sədr müsahibə verərək gördüyü işləri təqdim etmək istədi və növbəti biabırçılığa imza atdı. Müsahibə “Bakıda 245 hündürmərtəbəli bina söküləcək” adlanırdı. Sədr tikiləcək binalarla söküləcək binaları səhv salmışdı. Hətta haqqın.az saytı da buna reaksiya vermiş, lakin yenə Elbəy Qasımzadə köməyə gəlmişdi. (Mənbə: https://haqqin.az/news/98999 ).
Bunun ardınca bir çox saytlarda Komitənin yarıtmaz fəaliyyəti, baş alıb gedən özbaşınalıq, qanun pozuntuları haqqında dəhşətli məqalə nəşr olundu (Mənbə: http://qlobal.az/budce-pullarinin-menimsenildiyi-daha-bir-unvan-sok-faktlar/#.WRxnqBB1GhC ).
Sədrin başbilən “qaragüruhçular”ı həll yolunu sədr barədə mədhiyyə dolu bir qəzet buraxmaqda gördülər (Mənbə: http://arxkom.gov.az).
Onlar artıq özləri də Abbas müəllimin gələcəyinə inanmır, müxtəlif qüvvələrlə separat danışıqlara getməyə və öz gələcəklərini təmin etməyə çalışırdılar. Bütün qaldırılmış hay-küy, günah keçisi axtarışları, tanış-bilişi işə cəlb etmək, hamıya hədə-qorxu gəlmək, müxtəlif konspirativ nəzəriyyələr yalnız əks reaksiya verdi və bu dəfə daha dəhşətli və yalnız faktlara əsaslanan və artıq Abbas müəllimin ümumiyyətlə mütəxəssis olmamasını sübuta yetirən, “qaragüruhçular”ı həbsə atmağa yetərli olan geniş bir qrup tərəfindən hazırlanmış analitik yazı işıq üzü gördü (Mənbə: http://emtv.az/index.php?newsid=11721).
Bu gün sədrdən başqa hamı onun meydanda nəinki fiqur, heç piyada belə olmadığının fərqindədirlər. Məsələ yalnız onunla vidalaşmanın formasının necə olacağındadır: komitə ləğv olunacaq, hansısa başqa qurumla birləşdiriləcək və yaxud sədr tutduğu vəzifədən çıxarılacaq.
Lakin istənilən halda, Komitədə söz sahibi olanların həbs ediləcəyi şübhəsizdir. Bundan əndişələnən Canbala ilə Dilcan tender vəsaitləri uğrunda amansız müharibəyə başlayıblar. Sahəyə rəhbərlik isə Avropa təcrübəsini dərindən mənimsəmiş, aidiyyatı üzrə xaricdə təhsil almış, əlaqədar istiqamətli müvafifq işlərdə yaxından iştirak etmiş gənc kadrlardan birinə həvalə olunacaq ki, həmin şəxsin öz komandası ilə birlikdə hazırladığı konsepsiyanın təsdiq edildiyi gələn məlumatlar arasındadır.
Artıq Hesablama Palatası da 2016-cı il üçün saytında nəşr etdiyi hesabatında Komitəyə iradların olduğunu və Komitənin də onları qəbul etdiyini bildirib. Bir neçə ağacı özbaşına qırdığı üçün vəzifəli şəxsləri həbsə yollamağı bacaran hüquq-mühafizə orqanlarının şəhəri bu günə qoyanları ifşa edəcəyinə şübhə yoxdur.
QAFQAZXEBER.AZ

Şərhlər

XƏBƏR LENTİ