SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » ADİU prorektorunun ətrafında qalmaqal… - İTTİHAM VAR

ADİU prorektorunun ətrafında qalmaqal… - İTTİHAM VAR

Tarix:

27-09-2017, 09:47

/ 37 286 dəfə oxundu.
ADİU prorektorunun ətrafında qalmaqal… - İTTİHAM VAR

Vaxtilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi işləmiş Damət Bağırovun ADİU-da daha bir qalmaqallı məsələ ortaya çıxıb. Belə ki, Dövlət İqtisad Universitetində dövlət büdcəsindən ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasının auditinin nəticəsinə dair Hesablama Palatasından daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.
Baş Prokurorluğun yaydığı rəsmi məlumatda qeyd olunur ki, ilkin araşdırma zamanı yoxlama dövrünü əhatədən 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan müddət ərzində universitetin vəzifəli və digər maddi-məsul şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə edilərək təhsil haqlarının uçotu, yığılması və bank hesabına köçürülməsi, təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotda əks etdirilməsi ilə bağlı ağır nəticələrə səbəb olan ciddi qanun pozuntularına yol verilməsi, eləcə də külli miqdarda vəsaitin uçotdan yayındırılmasına əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 179.3.2-ci (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə külli miqdarda etibar edilmiş özgə əmlakını talama) maddələri ilə cinayət işi başlanıb.

Bəs bu işdə kimin məsuliyyəti daha çoxdur, kimi qurban verəcəklər?

ADİU-dan verilən məlumatdan isə bəlli olur ki, ADİU-nun prorektoru Damət Bağırovun rəsmi tərcümeyi-halında qeyd edilən dövrə aid maraqlı məqamlar yer alır. Məsələn, o, 2009-2010-cu illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsində çalışıb və 2010-cu ildə ADİU-ya gəlib, yerini MTN işi ilə bağlı vəzifəsindən çıxarılan, istintaqa cəlb edilən Məhəmməd İmanova verib. «Keçmiş Rabitə Nazirliyinin MTN işi ilə bağlı həbs olunmuş aparat rəhbəri Vidadi Zeynalovun Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradovun, həmçinin ADİU-nun prorektoru Damət Bağırovun, eləcə də Əmlak Komitəsinin Departament rəisi olmuş Məhəmməd İmanovun olduqca yaxın münasibətləri olmuşdur. Vidadi Zeynalov 1995-ci ildə Bakı şəhər Maliyyə İdarəsində əvvəlcə şöbə rəisi vəzifəsində çalışıb, sonra isə Bakı Maliyyə İdarəsinin rəisi olub… Ta 2000-ci ilədək, yəni ADİU-nə işə qəbul olunanadək. O, 2000-2004-cü illərdə İqtisad Universitetinin inzibati – təsərrüfat işləri üzrə prorektor vəzifəsində çalışıb, 2004-cü ildən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyin edilib. Bu təyinatda onun MTN-in Tədris Mərkəzinin rəisi vəzifəsində çalışmış qardaşı Vahid Zeynalovun böyük rolu olmuşdu. Sonradan məlum MTN işi ilə bağlı Vidadi Zeynalovun MTN-də Tədris Mərkəzinin rəhbəri olan qardaşı Vahid Zeynalov da işdən azad olunaraq, istintaqa cəlb olundu, V.Zeynalov isə həbs edildi. Vidadi Zeynalovun ADİU-nun hazırkı rektoru Ədalət Muradovla, həmçinin prorektor Damət Bağırovla olduqca sıx əlaqələri olub. Bu yaxınlıq onunla təsdiqlənir ki, məsələn, Vidadi Zeynalovun oğlu Pərviz Zeynalov cavan və təcrübəsiz olsa da, universitet Həmkarlar Komitəsinin rəhbəri təyin olunuB, indii də bu vəzifəni daşıyır. Pərviz Zeynalov hazırda rektor Ədalət Muradovun və Ziyad Səmədzadənin kürəkəni, Ədalət Muradovun xüsusi işlər üzrə prorektoru olan Əziz Əzizovun köməkliyi sayəsində dissertasiya işini müdafiə etmişdir. Vidadi Zeynalov 2004-cü ildə Rabitə Nazirliyinə təyinat alandan sonra da İqtisad Universitetində baş müəllim kimi uzun illər maaş alıb, məlum həbslə bağlı Baş Prokurorluğun ictintaq idarəsi bu maaş məsələsini araşdırırdı, lakin nədənsə məhkəmədə bu məsələyə toxunulmadı…», deyə mənbə bildirir.
Məlumatda o da qeyd edilir ki, «…Damət Bağırov bir müddət İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi və İdarə Edilməsi şöbəsinin rəisi olmuşdur, sonra yaxın dostu Kərəm Həsənovun və Vidadi Zeynalovun himayəsi ilə Əmlak Komitəsinin Dövlət Reyestr Xidmətinin rəisi təyin olundu, amma 2010-cu ilin noyabrında bu vəzifədən azad edildi, nəhayət, 2011-ci ilin yanvarında Kərəm Həsənovun əmri ilə onu Məhəmməd İmanov əvəzlədi. Buradakı vəzifəsindən çıxan Damət Bağırov dərhal rektor Şəmsəddin Hacıyevin dəvəti ilə İqtisad Universitetinə prorektor gəldi. O, öz yerini isə Əmlak Komitəsində işləyən Məhəmməd İmanova təhvil verdi, amma Məhəmməd İmanov MTN işi ilə bağlı 2015-ci ilin noyabrında həmin vəzifədən kənarlaşdırıldı, burada yol verilmiş korrupsiya və sənəd saxtalaşdırma və s. əməllərə görə istintaq başlanıldı… Maraqlıdır ki, MTN-nin «qara siyahı»sına düşən Məhəmməd İmanov həmin vəzifəni 2010-cu ildə məhz İqtisad Universitetinin hazırkı prorektoru Damət Bağırovdan təhvil almışdı, yoxlama aparılan dövr də məhz 2010-2015-ci illəri əhatə etmişdir. Damət Bağırovun vaxtında dövlət müəssisələrinin özəlləşdirilməsi, Reyestr Xidmətində qeydiyyatdan keçirilmə və s. əsas əməliyyatlar həyata keçirilib. Onun əmək fəaliyyəti ilə bağlı rəsmi tərcümeyi-halında da yazılır ki, “...2008-2009-cu illərdə universitetin tədris işləri üzrə prorektoru və «Maliyyə» kafedrasının müdiri vəzifəsində işləyib. 2009-2010-cu illərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi vəzifəsində işləyib. Hazırda UNEC-in Tədris və təlim texnologiyaları üzrə prorektorudur”. Buradan belə çıxır ki, Məhəmməd İmanovun barəsində istintaq başlanıldığı dövrlərdə Damət Bağırov da rəis işləyib. Lakin D.Bağırov 2010-cu ildən universitetin tədris işləri üzrə prorektorudur. ADİU-da hamı bili rvə rəsmiyyətdə də belədir ki, Damət Bağırov burada bütün maliyyə-pul məsələlərinə baxıb. Biz hələki onun tez-tez Almaniyaya səfərlərinin səbəblərinə toxunmuruq, neçə gündür nəsə yır-yığış etdiyini isə artıq bilməyən yoxdur. Elə Baş Prokurorluğun yaydığı rəsmi məlumatda qeyd olunur ki, yoxlama dövrü 18 may 2012-ci ildən 1 aprel 2014-cü il tarixədək olan dövrü əhatə edir. Damət Bağırov isə 2010-2017-ci illərdə ADİU-nun tədris və təlim üzrə prorektorudur, bu sahədə baş verənlərin iştirakçısıdır…».
Bəs indiki halda Damət Bağırovu nə gözləyir? Baş Prokurorluqda onun Almaniyaya hər il çoxsaylı səfərləri və bu ölkədəki biznes fəaliyyəti barədə nələri bilirlər?
Mövzuya qayıdacağıq.

tezadlar.az

Şərhlər

XƏBƏR LENTİ