Azad Rəhimov yola salınır-"İslam Həmrəyliyi" oyunlarından sonra
- 4-02-2017, 22:30
- 3 118
Məlumata görə, Azad Rəhimovun fəaliyyətində yol verdiyi nöqsanlar, Azərbaycana çox ciddi şəkildə baha başa gəlib. Belə ki, Rəhimovun bir sıra təklifləri ilə Azərbaycan beynəlxalq yarışlara ev sahibliyi etmək hüququnu əldə edib. Azad Rəhimov yuxarıları inandırıb ki, əgər belə yarışlar ölkəmizdə keçirilsə bu Azərbaycanın turizm sektorunun inkişafına təkan verəcək. Amma 1-ci Avropa Oyunları zamanı və eyni zamanda keçirilən Formula 1 yarışlarında xaricdən turist axınının gözləndiyinin əksinə aşağı səviyyədə olması Gənclər və İdman nazirinin təqdim etdiyi planın fiaskoya uğraması ilə nəticələnib. Bundan başqa ölkə prezidenti tərəfindən 2016-cı ilin idman yekunları zamanı uğurlar əldə edən idmançıların yerinə Rəhimovun hazırladığı siyahıda haqqı olmayanların mükafat almasının da üstünün açılması naziri daha da çıxılmaz vəziyyətə salıb.
Məlumata görə, Azad Rəhimov hakim yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Siyavuş Novruzovun əvəz edəcəyi ilə bağlı artıq hakimiyyət kalidorlarında fısıldaşmalar başlayıb. Məlumata görə, hakim komanda Siyavuş Novruzovun imkanlarından nazir kimi də yararlanmaq niyyətindədi. Məlumata görə, artıq ölkə prezidenti İlham Əliyevə Siyavuş Novruzovun təqdimatı belə olunub.