İtirdiyiniz əşyaları asanlıqla tapa biləcəksiniz
Türkiyədə yaşayan həmyerlimiz Elnur Ələkbərov yeni layihəyə imza atıb.
O, itirilən və tapılan əşyalarla bağlı dünya miqyaslı sayt yaradıb.
Dünyada milyonlarla insan hər gün hansısa əşyasını itirir və milyonlarla insan da bir şeylər tapır. Lostfinding.com saytının məqsədi əşya itirən və tapan şəxsləri bir araya toplamaq, itirilən əşyaların elan vasitəsilə qısa zamanda tapılmasına şərait yaratmaqdır.
Sayta daxil olan istifadəçi giriş səhifəsində "bir şey itirmişəm" və ya "bir şey tapdım" adlı iki düymədən birini seçərək elanını yerləşdirə bilər.
Qeyd edək ki, E.Ələkbərov Türkiyənin Marmara Universitetini bitirib, 10 ildir kompüter proqramlaması ilə məşğuldur. "Linux" əməliyyat sistemində 16 layihə üzrə vəzifə alıb, "Ubuntu", "Linux mint", "Debian", "Fedora" kimi versiyaların proqram marketinde 78 açıq qaynaqlı proqramın müəllifidir.


Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək