XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » 2500 Manat Kimin Cibinə Getdi? – Kəpəz Hospitalda Cavabsız Suallar-VİDEO

2500 Manat Kimin Cibinə Getdi? – Kəpəz Hospitalda Cavabsız Suallar-VİDEO

2500 Manat Kimin Cibinə Getdi? – Kəpəz Hospitalda Cavabsız Suallar-VİDEO
Bu gün, 12:07

Goranboy rayon sakini Yadıgar Sərdarlı müraciət edərək Kəpəz Hospital barədə ciddi iddialar səsləndirib. Onun sözlərinə görə, oğlunun əməliyyatı üçün müraciət etdiyi klinikada yaşananlar təkcə maddi zərər deyil, həm də özəl tibb müəssisələrində nəzarət mexanizmlərinin necə işlədiyi ilə bağlı ciddi suallar yaradır.Yadıgar Sərdarlı bildirir ki, oğlunun əməliyyatı ilə bağlı hospitala müraciət etdikdən sonra onu Anar adlı şəxsə yönləndiriblər. Daha sonra həmin şəxslə birlikdə həkimin otağına daxil olub. Vətəndaşın iddiasına görə, Anar əməliyyatın qiymətinin 2500 manat olduğunu bildirib.
Şikayətçinin sözlərinə görə, ilkin olaraq klinikanın kassasına 2200 manat ödəniş edib və bu ödənişi təsdiq edən çek hazırda da əlindədir. O iddia edir ki, söhbət cəmi yarım saat davam edən, xalq arasında "tük batması" kimi tanınan cərrahi müdaxilədən gedirdi. Mediatvaz.com xəbər verir ki, hadisələr bundan sonra daha da müəmmalı xarakter alıb. Yadıgar Sərdarlının iddiasına görə, sonradan Ariz adlı həkim ona bildirib ki, pulu alan şəxs həm bir neçə vətəndaşın, həm də klinikanın pulunu götürərək yoxa çıxıb. Bundan sonra isə müxtəlif mənbələrdən öyrənib ki, həmin əməliyyatın real qiyməti cəmi 300-400 manat civarındadır. Şikayətçi bildirir ki, Ariz və Süleyman adlı həkimlər ona dəfələrlə "şikayət etmə, pulunu qəpiyinə qədər qaytaracağıq" vədi versələr də, uzun müddət keçməsinə baxmayaraq vəsaiti geri ala bilməyib. Əgər vətəndaşın səsləndirdiyi bu iddialar öz təsdiqini taparsa, burada çox ciddi suallar yaranır: Xəstəni niyə hospitalın rəsmi əməkdaşı olduğu aydın olmayan şəxsəistiqamətləndirilib? Əməliyyat qiymətini niyə həkim deyil, başqa bir şəxs müəyyən edib,Xəstədən alınan pullar hospitalın rəsmi kassasına daxil edilibmi,Əməliyyatın real qiyməti 300-400 manat olduğu halda, vətəndaşdan niyə 2500 manat tələb edilib? Bu iddialar təkcə bir vətəndaşın maddi zərəri məsələsi deyil. Söhbət insanların sağlamlığı və etibar etdiyi tibb müəssisələrində şəffaflığın təmin olunmasından gedir. Özəl klinikaların fəaliyyəti yalnız müasir avadanlıq və reklamla deyil, ilk növbədə qanunlara və etik prinsiplərə əməl etməklə qiymətləndirilməlidir.Redaksiya olaraq məsələ ilə bağlı Kəpəz Hospitalın rəhbərliyinin, adı hallandırılan şəxslərin və aidiyyəti dövlət qurumlarının mövqeyini dərc etməyə hazır olduğumuzu bildiririk.

Mediatvaz.com

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.