Azərbaycan Prezidenti Qətər Əmirinə başsağlığı verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taniyə başsağlığı məktubu ünvanlayıb.
Məktubda deyilir:
"Əlahəzrət,
Atanız – görkəmli dövlət xadimi, Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladıq.
Şeyx Həməd bin Xəlifə Al Tani Qətər Dövlətinin tarixində silinməz iz qoymuş, bütün həyat və fəaliyyəti ilə Vətəninə hədsiz sədaqət nümunəsi göstərmiş və onun rifahı naminə fədakarcasına çalışmış xalqının böyük lideri idi.
Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında dostluq və əməkdaşlıq münasibətlərinin təşəkkülündə və inkişafında onun müstəsna xidmətləri olmuşdur. Azərbaycana səfərlərini və onunla görüşlərimi ən xoş təəssüratlarla xatırlayıram. Ata Əmir Əlahəzrət Şeyx Həməd bin Xəlifə Al Taninin əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə, Qətər Dövlətinin qardaş xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!".
XalqXeber.Az

Daşkəsəndə seldən sonra yol çöküb
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Mədəniyyət Nazirliyi Hidayət Orucovun ailəsinə başsağlığı verib
Starmer: Britaniya ordusu Rusiyanın tankerini ələ keçirib
“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? - İki filialdan şikayət var
Azərbaycan nefti ucuzlaşıb
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb