Dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirilir - YENİLƏNİB
Ədliyyə Nazirliyinin Müsabiqə Komissiyası Dövlət İmtahan Mərkəzi ilə birlikdə iyulun 12-də dövlət icra məmuru vəzifəsinə qəbulla bağlı test imtahanı keçirir.
İmtahanda namizədlərə ümumilikdə 100 sual təqdim olunub. Onlardan 60-ı icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə, 40-ı isə məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi bilik səviyyəsi, dünyagörüşü və ünsiyyət bacarıqlarının qiymətləndirilməsinə aiddir. Qanunvericilik üzrə hər sual 1, digər istiqamətlər üzrə isə hər sual 0,5 balla qiymətləndirilir. Keçid balı 55-dir.
İmtahanda Bakı və bölgələrdən 523, Naxçıvan Muxtar Respublikasından isə 104 namizəd iştirak edir. Namizədlər imtahanı başa vurduqdan dərhal sonra topladıqları balla tanış ola biləcəklər.
Test mərhələsini uğurla keçən, eləcə də həmin mərhələdən azad olunaraq müsahibədə iştirak etmək istəyən şəxslər "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi Qaydası"nın 2.7-ci bəndində nəzərdə tutulmuş sənədləri 15 iş günü ərzində, hər gün saat 09:00-dan 18:00-dək Ədliyyə Nazirliyinin İnsan resursları idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər.
Təqdim olunan sənədlər əsasında "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanunun tələblərinə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsi olan söhbətə buraxılacaqlar.
06:44
Bu gün dövlət icra məmuru fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün elan olunmuş müsabiqədə qeydiyyatdan keçmiş namizədlərlə test imtahanı keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzinə (DİM) istinadən xəbər verir.
İmtahan DİM-in Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək. İmtahan saat 10:00-da başlanacaq.
Namizədlərə dövlət icra məmurunun fəaliyyətində tətbiq olunan qanunvericiliyə dair 60 sual, məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi bilik səviyyəsini, ünsiyyət bacarıqlarını və dünyagörüşünü müəyyən edən 40 sual olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi nəticələr çıxarmaq qabiliyyəti, ümumi bilik səviyyəsi və dünyagörüşü üzrə hər sual 0.5 balla qiymətləndiriləcək. Test imtahanında mümkün 80 baldan 55 və daha artıq bal toplamış namizədlər müsahibə mərhələsinə buraxılırlar.
İmtahan iştirakçıları imtahanı yekunlaşdırdıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda nəticələrlə tanış olmaq imkanına malik olurlar. Nəticələr həmçinin DİM-in saytına yerləşdiriləcək.
İmtahana gələrkən namizədlər "İmtahana buraxılış vərəqəsi" və şəxsiyyət vəsiqəsinin əslini mütləq təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya onlar arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Daşkəsəndə seldən sonra yol çöküb
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Mədəniyyət Nazirliyi Hidayət Orucovun ailəsinə başsağlığı verib
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
Starmer: Britaniya ordusu Rusiyanın tankerini ələ keçirib
“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? - İki filialdan şikayət var
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib