Prezidentin Fərmanını POZAN, SAYMAYAN sahibkar Elman Mirzəyevin arxasında kimlər durur? - Kənd təsərrüfatı təyinatlı torpaqda fəaliyyət göstərən YDM ətrafında suallar VİDEO
Bundan əlavə, obyektin qeyri-yaşayış təyinatlı çıxarışı varmı? Əgər yoxdursa, illərdir hansı hüquqi əsasla fəaliyyət göstərir?
Əgər bu yanacaq doldurma məntəqəsi dövlət vergi sistemində qeydiyyatdadırsa, yanacaq təminatı alır və açıq şəkildə fəaliyyət göstərirsə, onun hüquqi əsasları da ictimaiyyətə açıqlanmalıdır. Əks halda, aidiyyəti dövlət qurumları qanunvericiliyin tələblərinin pozulub-pozulmadığını araşdırmalı və buna hüquqi qiymət verməlidirlər.
Sonda onu da qeyd edək ki, apardığımız araşdırmalar zamanı Mirzəyev Elman Əbülfəz oğlunun adı ilə əlaqələndirilən digər yanacaq doldurma məntəqələri barədə də məlumatlar əldə etmişik. Belə ki, əldə etdiyimiz məlumatlara görə, həmin yanacaq doldurma məntəqələrindən yaşayış və kənd təsərrüfatı təyinatlı torpaq sahələrində yerləşdiyi, həmçinin bəzi obyektlərin qanunvericiliklə tələb olunan sənədlərə malik olmadığı iddia olunur. Hazırda bu məlumatların dəqiqləşdirilməsi və müvafiq sənədlərlə yoxlanılması istiqamətində araşdırmalarımız davam edir.
Qanun hamı üçün eynidirsə, səsləndirilən iddialar doğrudursa, bu obyektlərin arxasında kim durur? illərdir hansı hüquqi əsasla fəaliyyət göstərirlər?
Növbəti araşdırma yazılarımızda bu obyektlərlə bağlı əldə etdiyimiz sənədləri, faktları, aidiyyəti dövlət qurumlarının və qarşı tərəfin mövqeyini ictimaiyyətə təqdim edəcəyik.
Araşdırmamız davam edir.
"DİA-AZ"
[media=]

Daşkəsəndə seldən sonra yol çöküb
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Mədəniyyət Nazirliyi Hidayət Orucovun ailəsinə başsağlığı verib
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
Starmer: Britaniya ordusu Rusiyanın tankerini ələ keçirib
“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? - İki filialdan şikayət var
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib