XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır

CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır

CNN: İran nüvə obyektlərini bərpa etməyə çalışır
Bu gün, 12:04

CNN telekanalı eksklüziv peyk görüntülərinə əsaslanaraq İranın nüvə obyektlərini bərpa etməyə çalışdığına dair əlamətlərin müşahidə olunduğunu bildirib.

CNN-in Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu ilə birlikdə əldə edib təhlil etdiyi peyk görüntülərində Pərçin nüvə obyektinin yaxınlığında xüsusi texnikanın fəaliyyəti əks olunub.
Telekanalın məlumatına görə, görüntülər İranın zərər görmüş nüvə infrastrukturunun bərpasına başlamağa cəhd etdiyini göstərə bilər. Bununla belə, bu fəaliyyətin dəqiq məqsədi hələlik rəsmi şəkildə təsdiqlənməyib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.