Ağcabədi sakininə saxta attestat verilib - "Heç yer qəbul etmir, araşdıran yoxdur"
Ağcabədi rayon sakini Cəbrayılov Nurlan Rəhman oğlu iddia edir ki, 9 dekabr 2022-ci il tarixində Ağcabədi rayonunda eksternat imtahanı versə də, ona təqdim edilən attestat saxta hesab olunur və bu səbəbdən iki ildən artıqdır təhsilini davam etdirə bilmir.
Bizimesr.com-a müraciət edən vətəndaş deyir ki, həmin dövrdə Ağcabədi Rayon Təhsil Şöbəsinin rəhbərliyi tərəfindən adına verilən attestat elektron sistemdə görünmür və təhsil müəssisələri tərəfindən saxta sənəd kimi qiymətləndirilir. Nəticədə, Cəbrayılov Nurlan Rəhman oğlunun peşə təhsili müəssisələrinə sənəd təqdim etmək cəhdləri uğursuz olur və müraciətləri qəbul edilmir.
Şikayətçi bildirir ki, məsələ ilə bağlı dəfələrlə Elm və Təhsil Nazirliyinə, Qarabağ Regional Təhsil İdarəsinə və Ağcabədi Rayon Təhsil Sektoruna rəsmi müraciətlər edib. Onun iddiasına görə, müraciətləri bir qurumdan digərinə yönləndirilsə də, problemin araşdırılması, attestatın yenisi ilə əvəz olunması və ya məsələ ilə bağlı konkret hüquqi cavab verilməsi təmin edilməyib.
Cəbrayılov Nurlan Rəhman oğlu problemin Elm və təhsil naziri Emin Əmrullayev tərəfindən nəzrətə götürülərək araşdırılmasını və ona qanuni attestatın verilməsini tələb edir: " 2 ildir heç bir yer bu sənədi qəbul etmir. Bu sadəcə kağız parçasıdır. Peşə təhsili almaq istəyirəm, sənədlərimi təqdim edirəm üstümə atırlar. Bu attestatı mənə Ağcabədi Rayon Təhsil Şöbəsi verib. O da Elm və Təhsil Nazirliyinin qurumudur".
Qeyd edək ki, belə məlum problemlərlə bağlı onlarla fakt mövcuddur.
Bizimesr.com

Daşkəsəndə seldən sonra yol çöküb
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Mədəniyyət Nazirliyi Hidayət Orucovun ailəsinə başsağlığı verib
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
Starmer: Britaniya ordusu Rusiyanın tankerini ələ keçirib
“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? - İki filialdan şikayət var
Azərbaycan nefti ucuzlaşıb
Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib
ABŞ-İran qarşıdurması "Qara qızıl"ı bahalaşdırıb