XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir

İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir

İran ABŞ-ı Buşehr AES-in yaxınlığına hücumda ittiham edir
Bu gün, 15:50

ABŞ İranın cənubundakı Buşehr əyalətində bir neçə nöqtəyə zərbə endirib.

APA-nın Tehran bürosunun xəbərinə görə, Buşehr əyalətinin qubernatorunun müavini Ehsan Cahaniyan IRNA-ya bildirib ki, ABŞ bu gün günorta saatlarında bir neçə məntəqəni, o cümlədən Buşehr Atom Elektrik Stansiyasının ətraf ərazisini vurub.

O qeyd edib ki, ilkin məlumatlara əsasən, hücumlar nəticəsində indiyədək insan tələfatı qeydə alınmayıb.

Cahaniyan hadisə yerində xilasetmə qüvvələrinin fəaliyyət göstərdiyini bildirib.

O vurğulayıb ki, hadisənin miqyasının araşdırılması, ziyanın qiymətləndirilməsi və hədəfə alınan ərazilərdə təhlükəsizliyin təmin olunması istiqamətində tədbirlər davam etdirilir.

Bundan başdqa İranın cənubundakı Əsəluyə rayonunda limana iki mərminin düşməsi nəticəsində 10 balıqçı qayığında yanğın baş verib.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.