ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
"Dövlətimizin vətəndaşlara xidmət sahəsində ən güvənilən qurumlarından biri olan ASAN xidmət ilə bağlı yaşadığımız ciddi bir problemi ictimailəşdirmək və aidiyyəti qurumların diqqətinə çatdırmaq istəyirəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində Elvin Əlişzadə adlı sosial şəbəkə istifadəçisi qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Almaniya Federativ Respublikasına təqdim ediləcək rəsmi sənədlərin tərcüməsi, təsdiqi və apostil proseduru ilə bağlı 1 saylı Sumqayıt ASAN xidmət mərkəzinə müraciət etdik.
Müraciət zamanı prosesdə iştirak edən şəxslər tərəfindən bizə sənədlərin rəsmiləşdirilməsi ardıcıllığı ilə bağlı məlumat verildi. Bildirildi ki, əvvəlcə sənədlərin tərcüməsi və təsdiqi həyata keçirilməli, daha sonra isə Bakı şəhərində apostil olunmalıdır.
Bu məlumata dövlət xidmətinin əməkdaşları tərəfindən verildiyi üçün güvəndik və həmin qaydada hərəkət etdik. Sənədlərimizi tərcümə etdirib təsdiqlətdik və bunun üçün 275 manat məbləğində xərc çəkdik.
Lakin sənədləri Bakı şəhərində apostil üçün təqdim etdikdə məlum oldu ki, prosedur ardıcıllığı fərqli olmalıdır: əvvəlcə sənədlər apostil olunmalı, daha sonra isə tərcümə və təsdiq prosesi aparılmalıdır.
Nəticədə bizə təqdim edilən məlumat əsasında etdiyimiz prosedur qəbul edilmədi və çəkdiyimiz xərc maddi zərərə çevrildi.
Məsələ ilə bağlı prosesdə iştirak edən şəxslər:
* Əhmədova Yeganə Taleh qızı (Təcrübəçi);
* Şiriyeva Jalə Tahir qızı;
* “Pro Translate” şirkətinin rəhbəri Nigar Bağırovna.
Yaranmış vəziyyətlə bağlı müraciət etdikdə isə məsələ ilə əlaqədar araşdırma aparılması bildirildi. Lakin hesab edirik ki, vətəndaş dövlət xidmətindən istifadə edərkən aldığı rəsmi məlumatın düzgünlüyünə güvənir və həmin məlumat nəticəsində yaranan maddi zərər diqqətlə araşdırılmalıdır.
Suallarımız:
1️⃣ Dövlət xidməti zamanı verilmiş yanlış məlumat nəticəsində vətəndaşın çəkdiyi maddi zərərə kim məsuliyyət daşıyır?
2️⃣ Vətəndaşın düzgün məlumatlandırılması və yaranmış 275 manatlıq maddi zərərin aradan qaldırılması üçün hansı tədbirlər görüləcək?
Biz məsələnin obyektiv araşdırılmasını, prosesdə iştirak edən şəxslərin fəaliyyətinə qiymət verilməsini və dəymiş 275 manat maddi zərərin ödənilməsi məsələsinə baxılmasını tələb edirik.
Ümid edirik ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ASAN xidmət bu müraciətə diqqətlə yanaşacaq və vətəndaşın qarşılaşdığı problemin həlli üçün müvafiq addımlar atacaq..."
Dia-az

Daşkəsəndə seldən sonra yol çöküb
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir
Mədəniyyət Nazirliyi Hidayət Orucovun ailəsinə başsağlığı verib
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
Starmer: Britaniya ordusu Rusiyanın tankerini ələ keçirib
“Barama” niyə uşağı bağçada saxlamaq istəmir? - İki filialdan şikayət var
Azərbaycan nefti ucuzlaşıb
Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib
ABŞ-İran qarşıdurması "Qara qızıl"ı bahalaşdırıb