XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Naxçıvanın yeni turizm inkişaf strategiyası hazırlanır

Naxçıvanın yeni turizm inkişaf strategiyası hazırlanır

Naxçıvanın yeni turizm inkişaf strategiyası hazırlanır
Bu gün, 12:05

Naxçıvan Muxtar Respublikasının turizm potensialının yenidən canlandırılması məqsədilə yeni inkişaf strategiyası hazırlanır.

Bunu Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosunun İdarə Heyətinin sədri Florian Zenqstşmid Bakıda keçirilən "İqtisadi artımı və diversifikasiyanı təmin etmək üçün Azərbaycanın turizm potensialının açılması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Naxçıvan Azərbaycanın mühüm turizm istiqamətlərindən biri olsa da, hazırda bölgənin inkişafı üçün yeni strateji yanaşmaya ehtiyac var: "Naxçıvan strateji baxımdan yenidən diqqət mərkəzinə gətirilməlidir. Xüsusilə hədəf bazarların müəyyənləşdirilməsi və həmin bazarlara uyğun turizm məhsullarının formalaşdırılması vacibdir. Yeni yanaşma Naxçıvanın turizm potensialının daha səmərəli istifadəsinə, bölgəyə turist axınının artırılmasına və onun ölkənin əsas turizm istiqamətlərindən birinə çevrilməsinə xidmət edəcək. Bu istiqamətdə görüləcək işlər Azərbaycanın turizm sektorunun inkişafı üzrə hazırlanan yeni dövlət proqramında da öz əksini tapacaq".

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.