XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Türkiyə MMU-nun rektor müavini Naxçıvana səfər edib

Türkiyə MMU-nun rektor müavini Naxçıvana səfər edib

Türkiyə MMU-nun rektor müavini Naxçıvana səfər edib
Bu gün, 16:19

Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini general-leytenant Burhan Aktaşın rəhbərlik etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqlar əvvəlcə Naxçıvan şəhərinin baş meydanında ucaldılan Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsinə dərin hörmət və ehtiram nümayiş etdiriblər.

Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən stendlərə baxış keçirilib, zəngin dövlətçilik irsi barədə onlara məlumat verilib.

Nümayəndə heyəti, həmçinin Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Naxçıvan şəhərində ucaldılan abidəsini də ziyarət edib, xatirəsini ehtiramla anıblar.

Səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) Qərargahında olublar. ƏÜO komandanı general-leytenant Kənan Seyidov nümayəndə heyətinin rəhbəri general-leytenant Burhan Aktaş ilə görüşüb, protokola uyğun olaraq "Şərəf kitabı" imzalanıb.

Görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi vurğulanıb, bu istiqamətdə görüləcək işlər və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərdən danışılıb.

Nümayəndə heyətinə ƏÜO-nun Döyüşü İdarəetmə Mərkəzinin fəaliyyəti bərədə məlumat verilib.

Təlim və Tədris Mərkəzində müxtəlif sinif otaqlarına, simulyasiya mərkəzinə və trenajorlar zalına baxış keçirilib.

Sonda tarixi-mədəniyyət abidələri ziyarət olunub.

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.