XalqXəbər.Az

XalqXeber.Az » Cəmiyyət » Ekologiya Və Təbii Sərvətlər Naziri Rəşad İsmayılovu Kimlər və Necə aldadırlar?!

Ekologiya Və Təbii Sərvətlər Naziri Rəşad İsmayılovu Kimlər və Necə aldadırlar?!

Ekologiya Və Təbii Sərvətlər Naziri Rəşad İsmayılovu Kimlər və Necə aldadırlar?!
Bu gün, 10:37

Məlum olduğu kimi Prezident İlham Əliyevin sərəncamı ilə bu ilin fevral ayından Rəşad İsmayılov Azərbaycanda Ekologiya Və Təbii Sərvətlər naziri postuna təyinat alıb. Və gəldiyi gündən təbiətə qənim kəsilənlərlə mübarizəni birazda sərtləşdirdi. Bunu xüsusilə Şimal-qərb bölgəsində hamı hiss edir. Ancaq nədənsə İsmayıllı rayon ərazisində yeni nazirin təyinatından sonra təbiətə qənim kəsilənlər daha da artıb. Belə ki, bir neçə ay əvvəldən

6 saylı RMTM-nin  İsmayıllı rayonunundakı Talstan meşəbəyliyi ərazisində  yerləşən Dövlət meşə fondunda  qanunsuz tikililər mövcud olmağa başlayıb. Talıstan meşəbəyliyi ərazisindəki Dövlət meşə fondu ərazisində bir neçə yaşayış evlərinin tikilməsi müəyyən suallar doğurur. 


Bəlkə bu ərazi bələdiyyə ərazisidir? Yerli icra hakimiyyəti qurumlarından aldığımız məlumata görə bu ərazi meşə ərazisidir. Yeni nazirin təyinatından sonra bu sahə rəislərini belə böyük riskə getməyə nə vadar edir? Bu gün hamı, xüsusilə Ekologiya sahəsində çalışanlar bilir ki, Cənab nazir qanunsuz əməllərə görə heç kimi bağışlamır. Bəs onda görəsən bu qədər böyük tikinti aparılan zaman meşəbəylikdən heç kim bunu görməyib? Bəlkə görüblər, görməməzlik etmələrinə bir yağlı səbəb də var? Düşünürük ki, bütün bu kimi suallara Ekologiya Və Təbii sərvətlər nazirliyinin meşə departamenti daha tutarlı cavab verə bilər. Əgər onlardan da səs çıxmasa demək ki, balıq başdan iylənər məsəli tam yerinə düşür. Belı çıxır ki, Meşə departamenti və İsmayıllı meşələrinin sahibi birləşərək cənab naziri aldadıblar.?

Mövzunun aktuallığını nəzərə alaraq diqqətimizdə saxlayacağıq. Və Ekologiya Və Təbii Sərvətlər Nazirliyinin mövqeyini də dərc etməyə hazırıq.

Stimulxeber
İsmayıll

XalqXeber.Az

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.