SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Məmur özbaşınalığı intihara sürükləyir -ŞİKAYƏT

Məmur özbaşınalığı intihara sürükləyir -ŞİKAYƏT

Tarix:

7-09-2017, 09:51

/ 39 696 dəfə oxundu.
Məmur özbaşınalığı intihara sürükləyir -ŞİKAYƏT

İllərdir şikayəti üzrə obyektiv araşdırma aparılmamasından şikayətlənən Yasamal rayon sakini bu dəfə də döyülüb.Söhbət həyat yoldaşının məmur şəbəkəsi tərəfindən şərlənərək həbs olunduğunu, saxta sənədlərlə həbs müddətinin uzadıldığını iddia edən Sevda Süleymanovadan gedir. Xatırladaq ki, Sevda Süleymanovanın həyat yoldaşı Qüvvətəli Süleymanov keçmiş MTN-nin sabiq naziri Eldar Mahmudovun sağ əli Akif Mustafayevin sifarişilə 21.10. 2013-cü il tarixində qeyri-qanuni həbs olunub. Qadının iddiasına görə sifarişin məqsədi yoldaşının hər iki tikintiyə - istər “AFİNA” MMC-yə, istərsə də “OMAKS” MTK-ya qoyduğu təqribən 8 milyon manat pulunu və 6 mənzilini əlindən almaq olub.
Belə ki, hər iki tikinti təsisçiləri birləşərək, əsasən Bakı Apellyasiya Məhkəməsində işləyən, qonşum İman Nağıyevə çox yaxın olan Qurban Mahmudov, Nail Şahverdiyev Lətifə Hüseynova, Mübariz Məmmədov, Emin və Tapdıq Namazovlar, Cəlal Bağırov, Yasin Cabbarov, Naibə Tağızadə və onların arxasında duran bir çox vəzifəli şəxslər Qüvvətəli Süleymanovu həbs etdiriblər.
Bu dəfə Sevda Süleymanova ”Cümhuriyət” qəzetinə müraciət edərək Yasamal Rayon Polis İdarəsinin bəzi əməkdaşlarının “AFİNA” indiki “İNFİNA” MMC adlanan təsisçilərinin əlilə və Yasamal rayon Məhkəməsinin Tibbi Ekspertizası tərəfindən başına gətirilən bəlalardan şikayətlənib. Deyib ki, Ali Məhkəmənin qərarı və Yasamal İcra Şöbəsinin icraçıları ilə məhkəmədə udan mənzilinə yerləşdirilib. Amma sonradan mənzilinə girmək istəsə də buna imkan verilməyib: “C.Cabbarlı və Z. Əhmədbəyov küçələrinin arası, 610-cu məhəllə, bina 2 mərtəbə 3-də yerləşən, ümumi sahəsi 98.8 kv.m olan ikiotaqlı mənzilimə daxil olanda eyvan tərəfdən otaqlardan ikisinin qapısının açıq olduğunu gördüm. Həmin mənzil mübahisəli mənzildir.Kimlərsə həmin mənzilə eyvan tərəfdən daxil olmuşdular.Bunu görüb Yasamal rayon 27-ci Polis Bölməsinə bildirdim.Onlar hadisə yerinə gəlməkdən imtina edib, məni şöbəyə çağırdılar.İsrar etdim və hadisə yerinə gəldilər.Deyinməyə başladılar ki, əgər evdən hər hansı qiymətli əşya aparılmayıbsa, niyə bizi bura çağırmısız.Onlardan biri, adını güclə öyrəndiyim Əbülfət adında polis əməkdaşı üstümə gələrək, məni hədələdi. Barəmdə cinayət işi açacağını bildirən polis əməkdaşı guya bu işi biz təşkil etmişik deyə, ekspertizanın təyin olunacağını dedi. Halbuki onlar gələn kimi ekspertizanın təyin olunmasını biz tələb etdik. Əvvəllər də Yasamal Rayon Polis İdarəsi və onun bəzi bölmələrinin bir çox əməkdaşları “AFİNA” MMC və “OMAKS-3” MTK-nin təsisçiləri ilə birləşərək rüşvət hesabına sifarişlə mənim və ailəmin başına min bir bəlalar gətiriblər. Bu bəlaları hələ də davam etdirirlər, ailəmi param-parça edirlər. Növbəti gün yenidən mənzilimə gedən zaman bir dəstə şəxs üstümə hücum çəkdi, əmrlə mənzilimə girməməyi bildirdilər və dedilər ki, əgər girirəmsə, oranı saat 20:00-yə qədər tərk etməliyəm. Əks təqdirə, bizi cəzalandıracaqlar. Onlardan biri lap ağ edərək məni vurmaq istədi, kim olduğunu soruşdum. Mühafizəçi olduğunu bildirsə də bunu təsdiqləyəcək hər hansı sənəd göstərmədi.Sənədləri çıxarıb ona təqdim etdim və bildirdim ki, bura Ali Məhkəmənin qərarı və Yasamal rayon İcra Şöbəsinin əli ilə yerləşdirilirəm.Amma nə sənədlərə, nə də dediklərimə məhəl qoymayan bu şəxslər mənzilimi tərk etməyi əmr etdilər. Bir az keçdi işıqları kəsdilər, sonra lifti dayandırdılar. Hər vəchlə orada qalmağımıza mane olurdular”.
Qeyd edək ki, sözügedən mənzili 2006-cı ildə “AFİNA” MMC indiki “İNFİNA” -dan Qüvvətəli Süleymanov alıb və adına rəsmiləşdirib. Süleymanov iş adamı olub və uzun müddət tikinti sektorunda çalışıb. O, həmin şirkətdə icraçı direktor, payçı və digər vəzifələri icra edib. Rəsmi şəkildə 2006-cı ildən 2012-ci ilə qədər həmin tikintinin tikilib başa çatması üçün külli miqdarda vəsait qoyub.Qüvvətəli Süleymanov rəsmi ərizə ilə 2012-ci ilin fevralında işdən çıxıb və həmin gün onda olan möhür maliyyə işlərinə baxan Nail Şahverdiyevə geri verilib.Həmin tikintidən mənzillər isə Qüvvətəli Süleymanov işdən çıxan gündən başlayaraq satılıb.
Şikayətçinin sözlərinə görə, daha sonrakı gün o, yenidən mənzilinə gedib.Amma bu dəfə də ona mənzilə girməmək üçün müqavimət göstərilib.Evə bazarlıq edən Sevda Süleymanov məcbur olub qohumu Elmidar İsmayılovla binanın qarşısında gecələyib.Səhəri isə mənzilə yenidən daxil olmaq istəyəndə bir nəfər tərəfindən döyülüb.Qadının sözlərinə görə, döyən şəxsin əlindən qurtulmaq istəsə də, şəxs ona ardıcıl zərbələr endirib və qışqıraraq bildirib ki, onu mənzilə buraxmayacaq. Sevda Süleymanovanı döyən mühafizəçi qadının halsız olduğunu görəndən sonra onu buraxıb: “Hadisə baş verən vaxt dəfələrlə 102-yə zəng edib vəziyyəti onlara bildirdim. Onlar isə hadisə yerinə gec gəldilər.Bir müddət keçəndən sonra mənə ardıcıl zəng gəlməyə başladı.Özünü “102” xidmətinin əməkdaşı kimi təqdim edən şəxs bizi 27-ci Polis Bölməsinə gəlməyi təklif etdi.Polis Bölməsinə ərizəmizlə yaxınlaşdıq.Oradan isə tibbi ekspertizaya göndərildik.Tibbi ekspertizaya getdik, amma orada da başımıza min bir oyun gətirildi.Görünür, əvvəlcədən onlar da təlimatlandırılıb.Hətta vəziyyətim orada pisləşdi, təzyiqim qalxdı.Tibbi müayinədən keçmək üçün məcbur qalıb “Semaşko”ya getdik.Orada yüksək səviyyədə özümə qarşı diqqət gördüm.Həkimlər qol və ayaqlarımdakı zərbə izlərini görüb təəccüblənmişdilər”.

“Məni intihara vadar edirlər”

Sevda Süleymanova illərdir məmurlar tərəfindən başına gətirilən müsibətlərdən yorulduğunu deyib: “İstəyirəm özümün, ailəmin təhlükəsizliyinə, əmlaklımın mülkiyyət hüquqlarının qorunmasına zəmanət verilsin. Mənzilimə kimlər tərəfindən qeyri-qanuni, hansı məqsədlə daxil olunması araşdırılsın. “AFİNA” MMC indiki “İNFİNA” MMC hazırda həmin tikintidə fəaliyyət göstərən “DƏDƏLƏR” tikinti şirkətinin fəaliyyəti yoxlanılsın. Ümid edirəm ki, kimsə bir şəxs tapılar və bütün bunları yoxlamağa gücü çatar.Əks təqdirdə, damarlarımı kəsərək özümü al-qana boyayacağam. Buna məni məcbur edirlər”.

Cebhe.info

Şərhlər

XƏBƏR LENTİ