Azər Məmmədov Qobustanda vətəndaşları qəbul edəcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Azər Məmmədov Qobustan rayonunda vətəndaşları qəbul edəcək.
Vətəndaş qəbulu iyulun 3-də saat 11:00-da "Qobustan Gənclər evi" sosial xidmət müəsisəsində (ünvan: Qobustan şəhəri, Sərxan Hacıyev küçəsi) keçiriləcək.
Görüşdə Qobustan və Şamaxı rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.
İstehsalat Birliyi vətəndaşların diqqətinə çatdırır ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin xidmət sahələrinə aid olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Ağsu Regional Qaz İstismarı İdarəsinə (tel.: 050-845-75-15; 070-244-58-20) müraciət edə bilərlər. XalqXeber.Az

Dövlətin sosial dəstəyi davam edir: məcburi köçkünlərlə bağlı yeni yanaşma - ŞƏRH
Azərbaycanda Milli Kibertəhlükəsizlik Agentliyi yaradılıb - FƏRMAN
Ermənistan kritik seçim qarşısında: sülh, yoxsa uçurum? – ŞƏRH
Daşkəsəndə seldən sonra yol çöküb
Azərbaycanda mağazaya ildırım düşdü - Yanğın başladı
Hacıqabuldakı yanğın söndürülüb
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb
Əli Əsədov Özbəkistanda işgüzar səfərdədir