Cavid Qurbanov ev paylayır – Baş dəmiryolçu bir qrup jurnalistə ev bağışladı!
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (ADY) sədri, Azərbaycan Milli Məclisinin deputatı Cavid Qurbanov bugünlərdə bir qrup jurnalistə Bakıda ev bağışlayıb.
xalqxeber.az xəbər verir ki, bu barədə məlumatı “AzPolitika.info” saytı yayıb.
Saytın yazdığına görə, Cavid Qurbanov bu ilin iyul ayında Prezident İlham Əliyevin sərəncamı əsasında mətbuat işçiləri üçün tikilən 2-ci binada mənzillərin bölgüsü zamanı kənarda qalmış, mənzil sahibi ola bilməmiş bir qrup jurnalisti mükafatlandırıb.
C.Qurbanov hesab edib ki, bölgü zamanı bu jurnalistlərə qarşı haqsızlıq edilib. Üstəlik, əslən Kəlbəcərdən olan bu jurnalistlər haqsızlığa məhz ona görə məruz qalıblar ki, ADY sədri ilə yaxın münasibətlərdə olublar…
Məlumatda həmçinin o da qeyd olunur ki, ADY sədri, müəyyən səbəblərdən adlarını çəkmək istəmədiyimiz jurnalistlərə şəhərin prestijli bölgələrində yeni tikilmiş binalardan mənzillər bağışlayıb.
Xatırlatmaq yerinə düşər ki, C.Qurbanovdan əvvəl Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov da mətbuat işçiləri üçün tikilmiş binadan ev ala bilməyən bir jurnalistə (Azərtac-ın Naxçıvan MR üzrə müxbiri Rauf Kəngərliyə-red.) Naxçıvan şəhərindən 3 otaqlı mənzil bağışlamışdı.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...