İsrail ordusu İrana qarşı genişmiqyaslı hava zərbələrini başa çatdırıb, strateji müdafiə sistemləri məhv edilib
- Bu gün, 12:46
- 89
Bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
Məlumata əsasən, gecə saatlarında başlayan əməliyyat çərçivəsində İsrail HHQ-yə məxsus onlarla qırıcı İrandakı strateji müdafiə sistemlərini vurub.
IDF bildirib ki, “Operation Roaring Lion” əməliyyatı zamanı zəifləyən aşkarlama və müdafiə imkanlarını bərpa etmək məqsədilə son vaxtlar İranın müxtəlif bölgələrində müdafiə sistemləri yerləşdirilib və zərbələr nəticəsində bu sistemlər məhv edilib.