Ukraynanın Novorossiyskə dron hücumundan sonra neft terminalı yanıb, yaralılar var

Ukrayna ordusu Novorossiyskə dron zərbəsi endirib.
Şəhər meri Andrey Kravçenkonun “Telegram”da verdiyi məlumata görə, hücum nəticəsində neft terminalında yanğın baş verib və iki nəfər yaralanıb.
“PUA qalıqlarının düşməsi nəticəsində neft bazasında yanğın baş verib. Bir neçə texniki və inzibati bina alovlanıb. Dron qəlpələri yanacaq terminalının ərazisinə düşüb”, - o qeyd edib.
Qeyd edək ki, Rusiyanın xam neft ixracının təxminən beşdə biri Novorossiyskin payına düşür və bu bölgə ölkənin Qara dənizdəki ən böyük ixrac mərkəzi hesab olunur.
Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, Hava Hücumundan Müdafiə sistemləri gecə Ukraynaya məxsus ümumilikdə 348 dronu zərərsizləşdirib. XalqXeber.Az

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...