UN-Habitat: Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub
Milli mənzil siyasətlərinə yerləşmə amili zəif inteqrasiya olunub.
Bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Qlobal Tədqiqat və Analitika Bölməsinin nümayəndəsi Matthijs van Oostrum Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Siyasətdən Təsirə: Mənzil Təminatının Miqyasının Artırılması" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, milli mənzil siyasətlərinin əksəriyyəti ilk növbədə mənzil qiymətlərinin münasibliyi (əlçatanlığı) ilə bağlıdır: "Və bu, qlobal mənzil böhranının tez-tez necə ifadə edildiyi barədə bildiklərimizlə üst-üstə düşür. Bu, çox vaxt ilk növbədə mənzil əlçatanlığı problemi kimi görülür, lakin əlbəttə ki, lazımi mənzil təminatının bir çox aspektlərinin olduğunu da unutmamalıyıq. Mədəni cəhətdən uyğunluq, yerləşmə yeri kimi məsələlər yaxşı həll olunmur.
Milli şəhərsalma siyasətlərində yerləşmə yeri faktorunun əslində çox yaxşı əks olunduğunu görürsünüz, elə deyilmi? Şəhərsalma nöqteyi-nəzərindən yanaşsanız, bu yerləşmə yeri faktoru ön plana çıxır. Lakin, xüsusi milli mənzil siyasətlərinə baxsanız, bu yerləşmə yeri aspektinin heç də yaxşı inteqrasiya olunmadığını görərsiniz. Beləliklə, bu, həm də ölkələrin öz milli şəhərsalma siyasətlərini və milli mənzil siyasətlərini götürüb onları daha yaxşı inteqrasiya etmələri və proseslərinin bir-birinə uyğunlaşdırılmasını təmin etmələri üçün bir arqumentdir".

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...