Deputat və oğlu milyonluq tender qalmadı ələ keçirdi - Daha 37 milyon...
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Şuşada yaşayış binalarının tikintisi ilə bağlı iki tenderin nəticəsini açıqlayıb.
Bizimesr.com bildirir ki, hər iki layihə Şuşa şəhərinin D-5 massivində çoxmənzilli yaşayış binalarının inşasını nəzərdə tutur.
Birinci tender çərçivəsində ərazidə 6 ədəd 4 mərtəbəli yaşayış binasının tikilməsi planlaşdırılır. Layihənin icrası üçün ayrılan vəsait 12 milyon 984 min 241 manat təşkil edir.
İkinci tender isə həmin massivdə daha 8 ədəd 4 mərtəbəli yaşayış binasının inşasını əhatə edir. Bu layihə üzrə qalib şirkətə 24 milyon 76 min 360 manat ödəniləcək. Hər iki tenderin qalibi “Diler İnşaat” QSC seçilib.
Şirkətin rəsmi qeydiyyat məlumatlarına əsasən, hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 73A-da yerləşir. Nizamnamə kapitalı 2 010 manat olan şirkətin qanuni təmsilçisi Süleymanov Elxan Füzuli oğludur.
Şirkətin rəsmi internet səhifəsində isə rəhbər kimi Orxan Quluzadənin adı göstərilir. Açıq mənbələrdə yer alan məlumatlara görə, onun deputat Ülvi Quliyevin oğlu olduğu bildirilir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...