İran Naxçıvan aeroportuna dron hücumu edib
İran martın 5-də Naxçıvan aeroportuna dron hücumu edib.
İran ərazisindən uçan dron aeroportun binasına düşərək partlayıb.
Bununla İranın molla rejimi Azərbaycanın göstərdiyi qonşuluq münasibətlərinə baxmayaraq özünün əsl mahiyyətini göstərib.
Qeyd edək ki, Azərbaycan heç vaxt öz ərazisindən İrana qarşı istifadə olunmasına icazə verməyib və bunu ən yüksək səviyyədə açıq bəyan edib. ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlarının ilk günündən rəsmi Bakı meriban qonşuluq siyasətinə sadiq qalıb.
Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Əli Xameneinin və mülki şəxslərin həlak olması ilə əlaqədar qonşu ölkənin Prezidenti Məsud Pezeşkiana başsağlığı ünvanlayıb, İranın Azərbaycandakı səfirliyinə baş çəkərək, matəm kitabına ürək sözlərini yazıb.(Report)

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb