SEPAH Bəhreyndəki ABŞ hərbi bazasına hücum həyata keçirib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) tərəfindən Bəhreynin Şeyx İsa bölgəsində yerləşən ABŞ hərbi hava bazasına qarşı genişmiqyaslı PUA və raket hücumu həyata keçirilib.
Bu barədə SEPAH-ın yaydığı məlumatda qeyd olunub.
Bİldirilib ki, hücum "Gerçək vəd-4" əməliyyatının on dördüncü dalğası çərçivəsində edilib. Məlumata görə, hücum zamanı 20 PUA və 3 raket müəyyən olunmuş hədəflərə dəyib.
"Nəticədə ABŞ hərbi hava bazasının əsas komandanlıq və qərargah binası məhv edilib", - məlumatda qeyd olunub.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb