"5 fəhlənin işini bir nəfərə gördürürlər..." - Rövşən Nəcəf... BİLİRSİNİZMİ?!.
"Cənab Rövşən Nəcəf və SOCAR kadr siyasətini reallaşdıran məsul şəxslər, apardığınız kadr siyasəti artıq öz "bəhrəsini" göstərməyə başlayır..." "Dia-az" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlı qeyd edib.
O daha sonra bildirir: "Ötən ildən SOCAR idarə və müəssisələrində aparılan kütləvi ixtisarlar( əsasən aşağı kateqoriyalı işçilər), müxtəlif üsullarla (60+yaşlı işçilərə,neftayırma zavodunda 50+yaşlı qadınlara) işçilərə pisoxoloji təzyiq göstərib işdənçıxma ərizəsi yazdırmaqla və s. nəticəsində müxtəlif sahələrdə işçi çatışmamazlığına görə neftçilərə Əmək Müqaviləsində nəzərdə tutulmayan vəzifələri yerinə yetirməyə məcbur edilir. Bu da ölkənin Əmək Məcəlləsinə ziddir və buna görə işəgötürən ARƏM maddə 310- əsasən məsuliyyət daşıyır..."
Qeyd edək ki, bunun ardında NHMT sədri Azneft İB Bibiheybətneft NQÇİ-də çalışan işçilərdən birinin gileyini təqdim edir:
"İşçi çatışmamazlığından Baş mühəndis iki nəfəri gecə növbəsində işlədir, əlavə ödəniş etmirlər...
Mədənə çən gətirib qoydular, əmtəə operatoru lazım oldu. Söz verdilər ki, bir aya işçi götürəcəklər, amma götürmədilər. Və hasilat operatoruna aid olmayan işləri operatorların boynuna goydular ki , bu vəzifəni də yerinə yetirməlisən, yoxsa işdən azad olunacaqsan.
İşçi 12 saat iş rejimində işlədiyi üçün əmtəə operatoruna aid olan işi boynuna götürmədiyi üçün ona töhmət verdilər. İkinci dəfə yenə tələb etdilər, işçi yenə imtina etdiyi üçün onun haqqında cəza olaraq 8 saatlıq iş rejiminə keçirtmək istəyirlər.
Bu qədər özbaşınalıq olmaz. 5 fəhlənin işini bir nəfərə gördürürlər. Özü də ki, fərqli xahədən olan işlər!"(Dia-az)

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb