ATU- nun Prorektoru Şahmar Həsənovun 45 min manatlıq dələduzluğu…
Bir neçə gün bundan öncə Texnologiya Univerditetinin Tələbə Həmkarlarının sabiq sədri Əli Məmmədovun və Prorektor Şahmar Həsənovun Samux rayon Polis Şöbəsində çinayət işinin açılmasını dərc etmişdik.
Müstəqil.Az-ın yeni araşdırması nəticəsin yeni faktlar məlum olub. Belə ki, Əli Məmmədov Samux Rayon sakinlərindən işə düzəltmək adı altında külli miqdarda, yəni ki, ümumi məbləği 45 min manata yaxın, bir neçə şəxsdən pul alaraq Texnologiya Universitetinin Prorektoru Şahmar Həsənova verilməsi təsdiqini tapıb.
İstintaqın aparılması hələ də davam edir, Texnologiya Universitetinin bir neçə vəzifəli şəxsi Polis idarəsinə dəvət olunaraq, izahatları alınaraq istintaqa cəlb olunublar. İstintaqın əsas hədəfi kimi Əli Məmmədov və Elmi İşlər üzrə Prorektor Şahmar Həsənovun adları çəkilir. Verilən məlumatlara görə bu şəxslər vətəndaşlara qarşı dələduzluq ediblər.
Təqsirləndirilən şəxslərin telefon danışıqları, səs yazıları polis tərəfindən aşkarlanaraq sübut kimi istintaqa təqdim olunubdur.
Haqqında sosial şəbəkələrdə son vaxtlar qalmaqallı yazı gedən, Dövlət pulunun mənimsənilməsində, Korrupsiyada, 2 milyona yaxın Maliyyə pozuntusunda, Gəncə Şəhər Prokurorluğunda çinayət işi açılmış Texnologiya Universitetinin Rektoru Yaşar Əmənovun yaxın adamı kimi, əl-altılarından sayılan ATU-nun Prorektoru Şahmar Həsənov son vaxtlar başı bəlalı rektor ilə gündəmi qalmaqalla zəbt ediblər.
Samux rayon sakinləri Müstəqil.Az -a verdikləri məlumatda onlara dəymiş ziyanın ödənilməsini tələb etdiklərini də dedilər.
Müstəqil.Az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb