“Yapı Merkezi Azərbaycan” şirkətinin təqdimat mərasimi keçirilib - FOTO/VİDEO
Bu gün Türkiyənin aparıcı inşaat, mühəndislik və infrastruktur şirkətlərindən biri olan “Yapı Merkezi” şirkəti və “Caspian Capital Holding”in birgə tərəfdaşlığı ilə təsis olunmuş “Yapı Merkezi Azərbaycan” şirkətinin rəsmi təqdimat mərasimi baş tutub.
Tədbirdə dövlət və özəl sektor nümayəndələri, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün, Milli Məclisin deputatları Fazil Mustafa, Aydın Hüseynov, iş adamları, beynəlxalq tərəfdaşlar və media nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində şirkətin fəaliyyət istiqamətləri, strateji hədəfləri, texnoloji imkanları və perspektiv əməkdaşlıq planları barədə ətraflı məlumat verilib.
Tədbirin yekununda isə “Yapı Merkezi A.Ş.”nin baş direktoru Özge Arıoğlu və “Caspian Capital Group” şirkətinin təsisçisi Elxan Paşayev “Yapı Merkezi Azərbaycan” şirkətinin təsis olunması ilə bağlı yekun sənədi imzalayıblar.
XalqXeber.Az







Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək