Təhsil Nazirliyinin ŞÜBHƏLİ TENDER ORTAĞI... - Nə xəbər var... nə ətər...
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi "Baku Rent Service" MMC ilə satınalma müqaviləsi imzalayıb.
Qaynarinfo-nun məlumatına görə, müqavilədə Abşeron-Xızı və Dağlıq Şirvan regional təhsil idarələrinin əhatə etdiyi inzibati ərazi daxilində şagirdlərin məktəblərarası daşınması xidmətlərinin satın alınması nəzərdə tutulur.
Müqavilənin maliyyə dəyəri 1 109 384,9 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Baku Rent Service" MMC 4 dekbar 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Abdulla Şaiq küçəsi, ev 251, mənzil 15-də yerləşir. MMC-nin qanunin təmsilçisi Səlimov Rəşad Akif oğludur.
Açıq mənbələrdə şirkət haqqında heç bir məlumat yoxdur. Rəşad Səlimov barəsində də hər hansı məlumata rast gəlinmir.
Maraqlıdır ki, satınalma birmənbə metodu təbtiq edilməklə həyata keçirilib. Adətən birmənbə metodu ilə həyata keçirilən satınalmaların şəffaflığına şübhə ilə yanaşılır.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb