Bakıda AGNA quru təmizləmə şirkəti 1 milyonluq paltarı yararsız hala salıb
Bakının mərkəzində fəaliyyət göstərən AGNA quru təmizləmə şirkəti müştərinin 1 milyon rubldan artıq dəyəri olan ziyafət paltarını yararsız hala salıb.
Bununla bağlı müştəri şirkəti məhkəməyə verib.
İddia tələbi onunla əsaslandırılıb ki, müştəri kimyəvi təmizləmə xidmətlərini həyata keçirən AGNA-ya müraciət edərək xalis ipək parçasından hazırlanmış və 1.085.000.00 Rusiya rublu (iddia verilən günə olan məzənnə ilə 21.244,69 AZN) qiyməti olan ziyafət paltarını kimyəvi təmizlənməsi üçün təhvil verib və buna görə cavabdehə 35 manat ödəyib.
AGNA tərəfindən edilmiş kimyəvi təmizləmədən sonra ziyafət paltarı yararsız hala düşüb və onun istifadə edilməsi, yaxud bərpası mümkün olmayıb.
Müştəri ziyafət paltarının bu vəziyyətə düşməsi səbəbinin aydınlaşdırılması üçün ekspertizaya müraciət edib. Ekspertiza rəyindən bəlli olub ki, paltardakı nöqsanlar peşəkar quru təmizləmə əvəzinə, peşəkar olmayan nəm (yaş) təmizləmə üsulu ilə təmizlənməsi nəticəsində yaranıb. Bu üsul paltarın etiketində göstərilmiş təlimatlara zidd olub.
O da məlum olub ki, həmin ziyafət paltarı müştərinin sifarişi ilə Rusiyada “Ulyana Sergeyenko” Moda Evi tərəfindən hazırlanıb.
Nəsimi Rayon Məhkəməsi müştərinin iddiasını təmin edib. Qərara əsasən, AGNA MMC vurulmuş ziyana görə 1 085 000 Rusiya rublu – ödəniş günü qüvvədə olan Azərbaycan manatı məzənnəsi ilə müştəriyə ödəməlidir. Bundan başqa, ekspertiza xərci və dövlət rüsumunu da şirkətin öhdəliyində qalıb. (Teleqaraf)

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb