"Həm 200 minimi vermir, həm də məni həbslə qorxudur" - İcarədar iş adamını ittiham edir
“Eurohome” MMC-nin xeyli miqdarda vergi borcu olduğu bildirilir.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, şirkətin vergi borcu 55 281,36 manat təşkil edir.
“Eurohome” MMC 2 iyul 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 306 548 manatdır. MMC-nin qanuni təmsilçisi İbrahimov Niyazi Kamal oğludur.
Əldə etdiyimiz digər məlumata əsasən, Niyazi İbrahimov “Eurohome” inşaat bazarında kommunal sahədə çalışır. Şirkətin sahibi olduğu deyilən iş adamı Azay Möhnətov isə bir neçə il əvvəl sözügedən bazarda baş vermiş yanğın hadisəsi ilə bağlı gündəmə gəlmişdi. Həmin dövrdə bəzi icarədarlar onlara dəymiş zərərin ödənilmədiyini iddia edirdilər.
Məsələ ilə bağlı narazılıq hələ də davam edir. İcarədarlardan biri Rafiq Ocaqverdiyev bu günə qədər ona çatmalı olduğunu dediyi kompensasiyanı ala bilmədiyini bildirir.
Rafiq Ocaqverdiyev əməkdaşımızla söhbətində deyib ki, məsələni ictimailəşdirdikdən və aidiyyəti qurumlara müraciət etdikdən sonra iş adamı tərəfindən təzyiqlərlə üzləşdiyini iddia edir:
“Məndən hüquq-mühafizə orqanlarına şikayət edilib. Guya mən onu sosial şəbəkələrdə və mətbuatda nüfuzdan salıram. Dediklərimin arxasındayam. Bazar yanarkən mənə təxminən 200 min manat ziyan dəyib. Bu məbləğ hesablamalara əsaslanır. Azay Möhnətov kompensasiyanı ödəyəcəyinə söz verib. Bu vədi hüquq-mühafizə orqanlarında keçirilən görüşlərdə də səsləndirib. Lakin indiyədək ödəniş edilməyib. Əksinə, mənə qarşı əsassız şikayətlər olunur”.
O əlavə edib ki, maddi çətinliklər səbəbindən ağır psixoloji vəziyyət yaşadığını deyir:
“Kompensasiya ödənilmədikcə borclular da pullarını tələb edirlər. Onları qınamıram, borc qaytarılmalıdır. Amma bu vəziyyət məni çox çətin duruma salıb, çıxılmaz vəziyyətdə qalmışam”.
Rafiq Ocaqverdiyev məsələ ilə bağlı mübarizəni davam etdirəcəyini də vurğulayıb:
“Sona qədər mübarizə aparacağam. Başqa yol görmürəm”.(Qaynarinfo)
Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb