“Esthederm Medical” Samirə Mehrəliyə görə cərimələndi - Plastik cərrah ərindən də şikayət olub
Bakıda fəaliyyət göstərən “Esthederm Medical” inzibati qaydada cərimə olunub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, klinika İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsinin tələblərini pozub.
Belə ki, aparılan yoxlama zamanı klinikada tanınmış kosmetoloq Samirə Mehrəlinin Dermatologiya tibb xidmətinin kosmetoloji təsnifatı üzrə özəl tibbi fəaliyyətlə məşğul olmaq üçün sertifikasiyadan keçmədiyi halda 2025-ci ilin oktyabr ayınadək praktik tibbi fəaliyyətə buraxılması aşkarlanıb.
Nəticədə məhkəmə qərarına ilə “Esthederm Medical” 6000 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, iş materiallarında “HTC Cliniva” Hospitalda fəaliyyət göstərən plastik, estetik, rekonstruktiv cərrah Elnur Mehrəlinin də adı keçir. Belə ki, Nizami rayon prokurorluğunda 2023-cü ildə vətəndaşın şikayəti əsasında araşdırma aparılıb. Məlum olub ki, vətəndaş 2023-cü ilin mart ayının əvvəllərində burnunun xarici görünüşündə olan qüsurlar və çəpər əyriliyi ilə əlaqədar nəfəs almasında çəkdiyi çətinliklər səbəbindən “HTC Cliniva” Hospitalda fəaliyyət göstərən Elnur Mehrəlinin qəbuluna yazılıb və rinoplastika əməliyyatı etdirib.
Şikayətçi Elnur Mehrəlini onun kosmetoloq xanımı Samir Mehrəlinin vasitəsilə tanıdığını bildirib. Həmin vaxt Elnur Mehrəli pasiyetin üzərində rinoplastika, Samir Mehrəli isə bulhom əməliyyatını icra edib.
Əməliyyatdan sonra isə pasiyentin burnunun sağ hissəsində çöküntü əmələ gəlib və burnunun sol dəliyi sağ dəliyinə nisbətən böyük olub, əməliyyatdan sonra isə nəfəs almasında ciddi problemlər yaşayıb.
Pasiyent Elnur Mehrəliyə şikayət etsə də, həkimin buna məhəl qoymadığı iddia olunub.(Teleqraf)

XalqXeber.Az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb