3 ildir təhvil verilən MİDA binası küləyə tab gətirmədi - VİDEO
Yasamal rayonu, MİDA Yaşayış Kompleksində təhlükəli vəziyyət yaranıb.
Sfera.az xəbər verir ki, artıq 3 ildir istismara verilmiş binada ciddi təhlükəsizlik problemi qeydə alınıb. Belə ki, MİDA-2 Yaşayış Kompleksinin 19-cu binasının fasad örtüyü güclü küləyin təsiri nəticəsində qoparaq bina ərazisinə səpələnib.
Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmayıb, lakin qopan üzlük hissələrinin avtomobillərin üzərinə düşməsi nəticəsində nəqliyyat vasitələrindən birinə maddi ziyan dəyib. Sakinlərin sözlərinə görə, hadisə daha ağır nəticələrə yol aça bilərdi və bu cür vəziyyət xüsusilə küləkli havalarda ərazidə yaşayan insanlar üçün real təhlükə yaradır.
Yaşayış kompleksində yaşayan vətəndaşlar bildirirlər ki, bina nisbətən yeni olmasına baxmayaraq, fasad elementlərinin bu qədər qısa müddətdə sıradan çıxması tikintinin keyfiyyəti və təhlükəsizlik standartlarına əməl olunub-olunmaması ilə bağlı ciddi suallar doğurur. Onların sözlərinə görə, oxşar problemlərin digər binalarda da baş vermə ehtimalı narahatlıq yaradır.
Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumların təcili araşdırma aparmasını, binanın texniki vəziyyətinin yoxlanılmasını və mümkün risklərin aradan qaldırılmasını tələb edirlər.
Qeyd edək ki, baş verən hadisə ilə əlaqədar Mənzil İnşaat Dövlət Agentliyinə rəsmi sorğu ünvanlamışıq. Qarşı tərəfin mövqeyi və açıqlaması olduğu təqdirdə, tərəfimizdən ictimaiyyətə təqdim ediləcək. (Sfera.az )

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb