“Paşa Sığorta”dan şikayətlər artır – Video
“Paşa Sığorta” şirkətindən narazı olanların sayı durmadam artır.
Tribuna.az xəbər verir ki, onlardan biri də nitq təlimçisi Cəlalə Nəzəroğludur. O bu barədə sosial şəbəkə səhifəsində yazıb. Bildirib ki, ötən ay baş verən sığorta hadisəsinə görə şirkət hələ də qiymətlənmə aparmayıb:
“Yanvarın 19-u gecə avtomobilimi ilk dəfə saxladığım yerdə kimsə dəmir alətlə dərindən cızıq salıb.
Səhər bunu aşkarladığım zaman lazımi yerlərə, o cümlədən “kasko” xidməti götürdüyüm “Paşa Sığorta”ya müraciət etmişəm.
Bütün sənədlər təqdim olunub. Cavabın 5 iş günü ərzində veriləcəyi deyilsə də, artıq təxminən 13 gündür heç bir xəbər yoxdur.
Gecikməyə aid özlərinin açıqlama verməməsi bir tərəfə, mənim zəng və mesajlarıma qətiyyən cavab verilmir. Hər gün dəfələrlə əlaqə saxlamaq istəsəm də, məlumat almaq mümkün olmur. Çağrı mərkəzinin nömrəsində bəzən 20 dəqiqə gözləyirəm, açmırlar. Bu yanaşma qəbuledilməzdir.
Müştəri o məbləği sizə nə üçün ödəyir, bunu bilirsiniz?”.
Problemlə bağlı “Paşa Sığorta” şirkətilə biz də əlaqə yaratmağa çalışdıq. Ancaq şirkətdən zənglərimizə cavan verən olmadı.(Tribuna.az )

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb