“Səfalı” MTK-nın sakinlərinin şikayətlərinə baxılmır-Video
“Səfalı” MTK-dan mənzil alan sakinlər binanın idarə olunmasındakı problemlərdən şikayətçidirlər.
Paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki 4 binanın sakinləri “Xəzər Xəbər”ə müraciət ediblər.
Xezerxeber.az-ın məlumatına görə, onların narazılığı yaşadıqları binanın idarə olunmasındakı problemlərdəndir. İddia edirlər ki, onların bu narazılığını nə MTK eşidir, nə də aidiyyəti qurumlar.
Sakinlər deyirlər ki, “Səfalı” MTK binanın həyətini ayrı-ayrı obyektlərə icarəyə verib, bu da onların ciddi narazılığına səbəb olub.
Binanın komendantı Fuad Həsənov isə sakinlərin iddiaları ilə razılaşmır.
“Səfalı” MTK-nın sədrinin köməkçisi İlqar Əliyev isə sakinləri liftdən səliqəli istifadə etməməkdə ittiham etdi. Binanın həyətinin sakinlərin istifadəsinə verilməməsi, həyətin giriş-çıxışında şlaqbaumun olmaması və sakinləri narahat edən digər problemlərə gəlincə, MTK sədrinin köməkçisi bu suallara aydınlıq gətirmək istəmədiyini bildirərək, dəstəyi asdı.
Sakinlər isə ümid edirlər ki, məsələ ictimailəşdikdən sonra problemləri qısa zaman ərzində həll olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...