Respublika Neyrocərrahiyə xəstəxanasının mühafizə rəisinə DUR deyən olacaqmı?! -VİDEO
TƏBİB-in tabeliyində olan Respublika Neyrocərrahiyə xəstəxanasının mühafizə rəisi Faiq Məmmədzadənin cinayət tərkibli hərkətləri artıq əndazəni aşıb.
Bu haqda Yenixeber.org-a daxil olan yazıda bəhs edilir... Yazıda yer alan iddialarla bağlı adları hallanan tərəfləri dinləmək istiqamətindəki cəhdlərimiz nəticəsiz oldu.
Aktuallğını nəzərə alıb, müəyyən düzəlişlərlə yazını dərc edirik:
Məlumata görə 2024-cü ilin oktyabrında həkimləri və tabeliyində olan mühafizəçiləri küçə söyüşləri ilə təhqir edən Faiq Məmmədzadə indi də başqa qanunsuz əməllərlə məşğuldur (faktı təsdiq edən səs yazsı var). Söyüş və təhqirlərə görə işdən azad olunması gözlənilən Faiq TƏBİB-in həmin ərəfədəki yoxlamasından sonra xəstəxananın direktoru Fərhad Həsənov tərəfindən qorundu və bir müddət “havası alınan” mühafizə rəisi sakitləşdi. Ancaq ötən ilinin ikinci yarısından başlayaraq Faiq Məmmədzadə Neyrocərrahiyyə xəstəxanasında at oynadır. Belə ki, köhnə şakərindən əl çəkməyən mühafizə rəisi yenə tabeliyində olanları aşağılamaqla məşğuldur və ən əsası onları günlük “tas” a oturutmağa başlayıb. Mənbənin iddiasına görə o, növbədə olan mühafizəçilərə günlük 30-70 manat civarında plan qoyub. Pullar isə xəstəxanaya müraciət edən pasiyentlərin növbəsiz keçirilməsinin qarşılığında alınır. Əldə edilən pulu isə xəstəxananın direktoru Fərhad həkimlə bölür. Yəni, Fərhad həkim onun faizini verir.
Onun tələblərini yerinə yetirməyənlərin isə iş qrafıkini, növbə saatlarını dəyişir və onlara qarşı aqressiv və kobud davranış sərgiləyir, onları “qaralamaq” üçün müxtəlif bəhanələr edir. Bütün məsələləri öz əlində cəmləyən Fərhad Həsənov mühafizə rəisi Faiq Məmmədzadənin əli ilə müəssisəni sanki öz şəxsi obyekti kimi idarə edir, vətəndaşlara tibbi xidmət göstərmək əvəzinə, gestapo rejimi yaratmaqla qoçuluq edir.
Əgər onun bu cinayət tərkibli əməllərinə son verilməsə, barəsində ən ağır cəza tədbiri görülməsə, çox ciddi əks səda olacaq. Ancaq 2024-cü ildən indiyə kimi görünüən odur ki, xəstəxana dirketoru Fərhad Həsənovla yanaşı,TƏBİB də bunu müdafiə edir. Ya da TƏBİB belə adamları orada saxlamaqla dövlətə qarşı narazı olanların sayının artırılmasına çalışır. Belə adamlar hansı qüvvələr təfrəfindən himayə olunur? Hansı görünməz əllər tərəfindən yönəldilir??? Bütün bunlar çoxlu suallar yaradır.(Yenixeber.org)
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Xəstəxananın mühafizə rəisindən dəhşətli davranış-Qadın,kişi demədən hamını...18+ - YouTube

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb