Yasamalda DƏRƏ XƏLVƏT... TÜLKÜ BƏY... - Bir gecəyə obyekt tikdilər...
Yasamal rayonunda yaşıllıqların məhv edilməsi, səkilərin, boş ərazilərin, hətta dayanacaqların arxa və yan hissələrinin zəbt edilərək onyektlər tərəfindən zəbt edilməsi davam edir.
Belə obyektlərdən biri də rayonun “20 Yanvar” metro stansiyasının yaxınlığında bir gecədə inşa edilib. Sözügedən yer əvvəllər böyük və uzun səki olub. zaman-zaman zəbt edilən ərazidə indi çox az boş hissə qalıb. Boş qalan o yerlərdən biri də bu yaxınlarda zəbt edilib və yerində bir gecədə dəmir konstruksiyadan qanunsuz obyekt inşa edilib.
Bu barədə saytımıza məlumat verən sakinlər bildirib ki, obyektin inşa edildiyi yer avtobus dayanacağının arxasıdı və orada əvvəllər çox sayta böyük ağaclar olub. Lakin obyektin tikintisinə görə, o ağaclar da gecə ilə kəsilərək daşınıb.
Bir gecədə inşa edilən obyektin içi artıq istifadəyə uyğun formada təmir edilib. Ancaq maraqlıdır ki, yaxın günlərdə artıq açılışı da olacaq obyekt barədə Yasamal rayon İcra Hakimiyyətinin hələ də məlumatı yoxdur.
Görünür, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi də bu obyektdən “məlumatsızdır”.
Diqqət çəkən bir ərazidə ağaclar məhv edilir, səki zəbt olunur, şəhərsalma normaları kobud şəkildə pozulur, ancaq aidiyyəti qurumlar susur.
Məsələ ilə bağlı yuxarıda adını çəkdiyimiz qurumların mövqeyini öyrənmək üçün cəhd etdik. Lakin nə Yasamal İH-dən, nə də Komitədən zənglərimizə cavab verən olmadı.(Tribuna.az)
Hər iki qurumunun mövzu ilə bağlı mövqeyini işıqlandırmağa hazırıq.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb