“Appro Hospital”da 1 saatda 5 ölüm halı… “Xəstəxana deyil, qəssabxanadır” – Şikayət
Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən “Appro Hospital”da ürəyinə stend qoyulan xəstə dünyasını dəyişib.
Bu barədə sosial şəbəkədə jurnalist, mərhumun qohumu Həbibə Abdulla yazıb. O bildirib ki, sözügedən klinikaya gedən xəstənin bu günə qədər heç bir problem olmayıb və üstəlik ölüm halı ilə bağlı ailəyə çox gec məlumat verilib:
Ramanada “Appro Hospital” 56 yaşlı Rafiq Xəlilovu – indiyədək ürəyindən bir dəfə də şikayəti olmayan dağ kimi adamı öldürüb verib ailəsinə. Stend qoyublar guya… Yaxınlarına öldü-qaldısını da deməyiblər nə qədər müddət. Yoldaşımın əmisidir rəhmətə gedən.
1 saat xəstəxanada olduq, 5 ölüm halı haqda eşitdik. Xəstəxana deyil, qəssabxanadı elə bil. Mühafizəçiləri veriblər qabağa, xəstə (ölü) yiyələri ilə arada qan düşsə, cavab da verməyəcəklər”.
Məsələ ilə bağlı “Appro Hospital”la da əlaqə yaratmağa çalışdıq. Lakin davamlı cəhdlərimizə baxmayaraq, klinikadan zənglərimizə cavab verən olmadı.(Xalq.online)
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb