Binəqədi icra başçısı Elxan Allahverdiyev 8 aydır niyə nəzarət etməyib?-Video
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Xurşudbanu Natəvan küçəsində böyük yaşıllıq ərazi 8 aydan çoxdur qurumaq, məhv olmaq təhlükəsi ilə üz-üzədir. 8 ay öncə əraziyə keçirilən baxış zamanı ağaclarda xəstəlik səbəbindən çürümə olduğu məlum olub və müvafiq qurumlara (Binəqədi rayon İcra Hakimiyyəti və Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinə) ərazinin qorunması, ağacların yenisi ilə əvəzlənməsi tapşırığı verilib.
Xalq xəbər verir ki, bu günlərdə problemlə bağlı ərazidən Azərbayan Dövlət Televiziyası geniş reportaj hazırlayıb. Məlum olub ki, 8 ay ərzində ərazidə heç bir iş aparılmayıb və tədbir görülməyib. Buna görə də ağacların məhv olması davam edib və daha da artıb.
Problemin həlli istiqamətində cavabdeh qurumlar olan Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyi və Binəqədi rayon İcra Hakimiyyətinə müraciət edilib.
Yaşıllaşdırma Təsərrüfarı Birliyindən bildirilib ki, sözügedən ərazidə xəstəlik nəticəsində qurumuş ağaclar son günlər müşahidə edilən güclü külək səbəbindən aşıb və qısa müddətdə birliyin əməkdaşları tərəfindən götürüləcək.
Lakin Binəqədi rayon İcra Hakimiyyəti edilən zənglərin heç birinə cavab verməyib. Halbuki ərazinin qorunması, ağacların suvarılması və lazimi qayğı göstərilməsi məhz Binəqədi İH-ə yapşırılıb. 8 ay ərzində təəssüf ki, icra hakimiyyəti əməkdaşlarnın sözügedən əraziyə baxmaq, problemlə tanış olmaq yadlarına düşməyib. Xalq.online
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
VİDEO LİNKDƏ: https://xalq.online/bineqedi-icra-bascisi-elxan-allahverdiyev-8-aydir-niye-nezaret-etmeyib-video

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb