Lerikdə məktəb direktoru Elçin Səmədov ingilis dili müəlliməsini necə aldatdı?-Video
Lerikin Xanəgah kənd məktəbinin direktoru Elçin Səmədov və qardaşı Lerik rayonu Nüvədi məktəbinin direktoru Zahid Səmədovla bağlı dəhşətli faktlar ictimayyiləşib.
Lerikdə məktəb direktoru ilə bağlı qalmaqallı iddialar: evli olduğu halda ingilis dili müəlliməsi olan İnarə müəlliməni necə aldadıb?
Xalq xəbər verir ki, Lerik rayonunda Xanəgah kənd məktəbi direktoru ilə bağlı cəmiyyətdə ciddi rezonans doğuran iddialar yayılıb. Məlumata görə, evli olan direktor ingilis dili müəlliməsinə eşq elan edib, daha sonra isə elçi göndərərək onunla dini nikah – kəbin bağlatdırıb. İddialarda bildirilir ki, direktorun atası müəllimənin ailəsinə gedərək “oğluma səni istəyirəm” deyib və müsbət cavab aldıqdan sonra kəbin kəsilib. Daha sonra isə direktorun bir müddət müəllimədən maddi vəsait aldığı, bundan sonra isə onu tərk etdiyi vurğulanır.Məsələ ilə bağlı ən diqqətçəkən məqam isə odur ki, bu hadisənin məktəb kollektivinə, kəndə və ətraf obalara əvvəlcədən məlum olduğu iddia edilir. Lakin heç bir müəllimin direktora açıq şəkildə “niyə qadınları aldadırsan?” sualını verməyə cəsarət etmədiyi bildirilir. Səbəb kimi isə direktorun qardaşının da qonşu kənddə məktəb direktoru olması və ailənin “arxalı-dayaqlı” sayılması göstərilir.Anonim mənbələrin yazdığına görə, xanım müəllimə dəfələrlə bu münasibətlə bağlı xəbərdar edilib, ona “aldanırsan, yazıqsan” deyilsə də, o, bunları “paxıllıq” kimi qiymətləndirib. Eyni zamanda iddialarda həmin direktorun bir neçə qeyri-rəsmi ailə münasibətinin olduğu da qeyd olunur.Hadisə ilə bağlı yayılan səs yazıları və müxtəlif izahatların mövcud olduğu bildirilir. Sosial şəbəkə istifadəçiləri baş verənləri “təhsil ocağında biabırçılıq” adlandıraraq aidiyyəti qurumları məsələyə müdaxilə etməyə çağırırlar.Qeyd edək ki, bu qalmaqallı məlumatlar məşhur telejurnalist Amil Xəlil tərəfindən sosial hesabında paylaşılıb.
Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi hələlik açıqlanmayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə və rəsmi açıqlama verildiyi təqdirdə məlumatı oxuculara təqdim etməyə hazırıq.
Həmin görüntüləri təqdim edirik:
Video Player
https://xalq.online/lerikde-mekteb-direktoru-elcin-semedov-ingilis-dili-muellimesini-nece-aldatdi-video
Son məlumatlara görə Lerik rayonu Nüvədi məktəbinin direktoru Zahid Səmədov qardaşının bu əməllərinə görə ondan imtina edib.
Məsələ hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.(Xalq.online)
XalqXeber.Az



Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb