Zaur Mikayılov büdcədən ayrılan pulları necə bölür?
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə olan Obyektlərin Müdiriyyəti 4 şirkətlə 5 satınalma müqaviləsi imzalayıb.
Müqavilələr tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Açıqlanan məlumatlara görə, müqavilələrin ümumi dəyəri 562 milyon manat təşkil edir.
Agentliyin satınalma müqaviləsi imzaladığı şirkətlər bunlar olub:
– Müşviqabad hövzəsi üzrə gətirici kanalizasiya kollektorunun tikintisi işləri üçün “Nort Vest Konstrakşn” MMC-yə (VÖEN – 1001297281) 135 000 000 manat;
– Dərnəgül–Bakıxanov–Qaraçuxur–HövsanA kanalizasiya kollektorunun tikintisi işləri üçün “Nort Vest Konstrakşn” MMC-yə (VÖEN – 1001297281) 95 000 000 manat;
– Böyükşor hövzəsi üzrə tullantı suları üçün sutəmizləyici qurğunun tikintisi işləri üçün “AGE” MMC-yə (VÖEN – 1401148071) 64 698 255 manat;
– Müşviqabad hövzəsi üzrə tullantı suları üçün sutəmizləyici qurğunun tikintisi işləri üçün Avro-Asiya İnşaat Korporasiyası “Evrascon” ASC-yə (VÖEN – 1000085511) 102 486 424,5 manat;
– Lökbatan hövzəsi üzrə tullantı suları üçün sutəmizləyici qurğunun tikintisi işləri üçün “Euroline” QSC-yə (VÖEN – 3000031181) 164 998 195 manat.
Bir daha vurğulayaq ki, bütün bu müqavilələr tender keçirmədən bağlanıb ki, bu da nəinki qanun pozuntusu faktıdır, həm də elə ADSEA şefi Zaur Mikayılovun özbaşınalığı kimi də dəyərləndirilməlidir. Hər halda bu pullar dövlətə məxsusdur və ona miras qalmayıb ki, istədiyi kimi sərəncam versin.”DİA-AZ”

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb