“AZZA” tortundan zəhərlənmə olub?
“AZZA Gastronom” şirniyyat şirkəti ilə bağlı şikayət paylaşılıb.
Sözügedən paylaşım sosial şəbəkədə müştərilərin olduğu qrupda yer alıb.
Gizli profildən paylaşım edən vətəndaş iddia edir ki, “AZZA Gastronom”dan dekabrın 25-də aldığı tort dekabrın 27-də istehlak olunub:
“Məhsulun üzərində saxlama müddətinin 96 saat olduğu qeyd edilib. Tortu yeyən iki nəfər zəhərlənib. Ana-balanın xəstəxanaya yerləşdirilməsinə səbəb oldunuz”.
Qeyd edək ki, paylaşımın şərh bölməsində müştərilər görüntülərdə divarların nəm olduğunu və bunun da birbaşa saxlama qaydasına mənfi təsir etdiyini vurğulayıblar.
Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı məlumat almaq üçün “AZZA Gastronom” şirniyyat şirkətinin qaynar xətti ilə əlaqə saxlayıb.
“AZZA Gastronom”dan bildirilib ki, şikayətdən məlumatlıdırlar: “Instagram” səhifəmizə müraciət olub. Sözügedən müştəriyə məlumat verilib. Müştəri heç bir mağazamıza məhsul və qəbz təqdim etməyib. Həmçinin həkim arayışı da yoxdur. Biz bilməliyik ki, həqiqətən də “AZZA” tortundan zəhərlənmə baş verib. Məhsul olmadan rəy bildirmək mümkün deyil. Məhsul olmadan hər kəs şikayət edə bilər. Şikayəti əsaslandırmaq lazımdır. Şokoladlı tortdan zəhərlənmə isə az halda baş verir”.(Oxu.Az)
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) O qeyd olunub ki, məsələ araşdırılır.




XalqXeber.Az

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb