“Milla” müştəriləri belə məhsul satır?
Bakıda fəaliyyət göstərən marketlərin birində çəkilən foto alıcıların diqqətini çəkib. Şəkildən də göründüyü kimi, “Milla” markasına məxsus ayran butulkaları tam dolu deyil. Məhsulların qablaşdırması standart olsa da, içindəki mayenin səviyyəsi eyni deyil və bəzi butulkalarda gözlə görünən boşluq müşahidə olunur.
Qida təhlükəsizliyi və istehlakçı hüquqları baxımından bu cür halların araşdırılması vacib sayılır. Qanunvericiliyə əsasən, qablaşdırmada göstərilən həcm faktiki məhsul miqdarı ilə uyğun olmalıdır. Əks halda bu, istehlakçının aldadılması kimi qiymətləndirilə bilər.
Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, ümumiyyətlə, biznes qurumları tərəfindən istehlakçıların cəlb edilməsi və aldadılması üçün çoxsaylı buna bənzər üsullar var.
E. Hüseynovun sözlərinə görə, məsələni dövlət orqanları biznes qurumlarına qarşı qaldıranda onlar “marketinq siyasətidir” deyirlər. Belə çıxır ki, marketoloqlar insanları aldatmaqla məşğuldurlar.
“Ən bariz nümunələr spirtli içkilərdə olur. Spirtli içkilərin butulkasının dibi qalın olur. İstehlakçıya çox görünür. Yaxud da çox geniş yayılmış bir hal ətir istehsalında da baş verir. Ətir qablarının dibində içəriyə doğru batıq olur. Qab böyük görünür, içərisindəki maye isə az olur. Lakin, birmənalı şəkildə etiketdə yazılan ölçü, çəki məhsulun içi ilə eyni deyilsə, artıq bu qanun pozuntusudur. Ancaq, qabın böyük olub içərisindəki mayenin üstünə yazılanla uyğun olaraq az olması qanun pozuntusu deyil. Belə ola bilər. Bu marketinq siyasəti ola bilər. Vətəndaş böyük qabı görür və alır. Əgər malın üzərinə yazılanla içərisindəki həcm düz gəlməzsə, bu, istehlakçı hüquqlarının pozulması hesab oluna bilər.”(Tribuna.az)
XalqXeber.Az



Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb