Pezeşkianın qızı Bakıya gəldi
Bu diyara gəlmək və Azərbaycanda bacı-qardaşlarım ilə görüşməkdən böyük məmnunluq duyuram.
Bu sözləri İran İslam Respublikasının Prezidentinin qızı Zəhra Pezeşkian “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda söyləyib.
Bir müddət əvvəl atası, İran Prezidenti Məsud Pezeşkian ilə birlikdə Bakıya və Xankəndiyə səfər etdiyini xatırladan Zəhra Pezeşkian bunu müsəlman və qonşu ölkələr olan İran və Azərbaycan arasında dostluğun, dərin mənəvi bağlılığın göstəricisi adlandırıb.
“Tarixi, mədəni və dini baxımdan ortaq köklərə və dəyərlərə malik olan bu iki ölkə üçün ailə institutunun qorunması əsas və ortaq dəyərlərdən biridir və xalqlarımızın qəlbində xüsusi yer tutur. Biz İslam baxışına əsasən qadını gözəlliyin və ləyaqətin təcəssümü hesab edirik və ona ailənin, mədəniyyətin və tərbiyə sisteminin mərkəzində mühüm, formalaşdırıcı rol veririk", - Z.Pezeşkian vurğulayıb.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb