DİN elektron xidmətlərdə süni intellekt texnologiyasını tətbiq etdi - Video
Müasir dövrün inqilabi yeniliklərindən olan süni intellekt artıq “E-Polis” mobil tətbiqinə inteqrasiya edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirilib ki, bundan sonra vətəndaşlar onları maraqlandıran məsələlər barədə ünvanladıqları suallara süni intellekt vasitəsilə operativ şəkildə cavab ala biləcəklər.
Qeyd edilib ki, yeni çat-bot funksionallığı ilkin olaraq sınaq məqsədilə “E-Polis” platformasında və “e-xidmet.mia.gov.az” elektron xidmətlər portalında istifadəyə verilib:
“Xidmətlərin izahı, müraciət qaydaları, tələb olunan sənədlər, istifadə prosesinə dair məlumatlar və digər ümumi suallar çat-botun cavab bazasına daxildir. Bu isə istifadəçilərin əlavə izahat axtarışına ehtiyac duymadan məlumatla təmin edilməsinə və müraciət prosesinin daha anlaşıqlı olmasına şərait yaradır.
Sınaq dövründə əldə olunan nəticələr çat-botun funksiyalarının genişləndirilməsi üçün baza rolunu oynayacaq. Toplanacaq rəy və müşahidələr əsasında gələcək mərhələlərdə daha ağıllı cavablandırma mexanizmlərinin əlavə olunması, səsli müraciət imkanları və ehtiyacdan asılı olaraq xidmətin yönləndirməsi funksiyalarının inkişaf etdirilməsi nəzərdə tutulur.
Beləliklə, bu yeniliyin tətbiqi vətəndaşların elektron xidmətlərə daha sürətli, rahat və fasiləsiz çıxışını təmin edəcək, əlavə vaxt itkisinin qarşısını alacaq və məlumat əldə etmə prosesini sadələşdirməklə vətəndaş məmnunluğunun daha da yüksəldilməsinə effektiv təsir göstərəcək”.

Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb