Dərnəgüldə ağaclara qənim kəsilən kimdir? – Fotolar-Yenilənib
Binəqədi rayonu Dərnəgül qəsəbəsində ağacların “Körpü Bina Tikinti” MMC tərəfindən kütləvi şəkildə kəsildiyi bildirilir.
“Qafqazinfo”ya müraciət edən sakinlərin sözlərinə görə, şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmadan ərazidə çoxsaylı ağacları kəsərək təbiətə ciddi ziyan vurub.
Şikayətçilər deyir ki, “KBT” MMC dekabrın 1-dən etibarən ərazidə ağacların kəsilməsinə başlayıb və narazılıqlara baxmayaraq proses dayandırılmayıb: “Dəfələrlə mane olmağa çalışsaq da, nəticə əldə edə bilməmişik”.
Vətəndaşlar şirkətin rəhbəri Xəlil Göyüşova müraciət edərək təbiətə dəyən ziyanın qarşısının alınmasını tələb ediblər.
İddialara cavab almaq üçün şirkətlə əlaqə saxlamağa cəhd etdik. “KBT” MMC-nin nə rəsmi saytlarında, nə də sosial şəbəkə hesablarındakı nömrələrinə cavab verən olmadı.
Qeyd edək ki, “Körpü Bina Tikinti” MMC ilə bağlı mediada ayrı-ayrı vaxtlarda müxtəlif şikayətlər yayımlanıb.
***
DİN-in Mətbuat xidmətindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.(Qafqazinfo)
[media=https://youtu.be/acE03jB4AUY]
XalqXeber.Az




Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...