Deputat Azər Əmiraslanovun otağında diqqətçəkən mühüm DETALLAR… Ramiz Mehdiyev kitabı ön planda – Video
Millət vəkili Azər Əmiraslanovun deputat seçildikdən cəmi 2 ay sonra Ramiz Mehdiyev barədə dediyi sözlər və onu mədh etməsini əks etdirən müsahibə görüntüləri yayılıb.
Sözügedən görüntülər 2024-cü ilin noyabr ayında — sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərindən təxminən 2 ay sonra lentə alınıb. Deputat Azər Əmiraslanov şəxsi kabinetində verdiyi müsahibə zamanı təkcə səsləndirdiyi fikirlərlə deyil, arxa fonla da diqqət çəkib.
Belə ki, videodan A.Əmiraslanovun Ramiz Mehdiyevə xüsusi münasibəti açıq şəkildə hiss olunur. Otağında Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin portretləri ilə yanaşı, Ramiz Mehdiyevin kitabı da xüsusi diqqət çəkən yerdə yerləşdirilib.
Məlumat üçün bildirək ki, hakimiyyəti ələ keçirməyə cəhddə təqsirləndirilən və hazırda ev dustağı olan Ramiz Mehdiyevin tərtib etdiyi 50 nəfərlik siyahıda deputat Azər Əmiraslanovun da adının olduğu iddia edilir.
A.Əmiraslanovun deputat seçildikdən 2 ay sonra şəxsi kabinetində verdiyi müsahibəni təqdim edirik:(Tribuna.az)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...