Cəmil Həsənlinin ölkədən çıxışına qadağa qoyuldu - DTX-yə çağırıldı
Milli Şuranın sədri, sabiq deputat Cəmil Həsənli Azərbaycandan qaçmaq istəyib.
“Qafqazinfo” xəbər verir ki, o sosial şəbəkədə bildirib ki, bu gün guya “qızının ailəvi tədbiri ilə bağlı” həyat yoldaşı ilə Dubaya getmək istəyirmiş.
Lakin aeroportda ona ölkədən çıxış məhdudiyyəti tətbiq edildiyini öyrənib.
Cəmil Həsənlinin həyat yoldaşı ölkəni tərk edib.
Maraqlıdır ki, dünən Milli Şuranın üzvü, AXCP sədri Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb, daha sonra onlar DTX-də dindiriliblər.
Məlumata görə, proses Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.
Digər məlumata görə, dünən axşam saatlarında Milli Şuranın daha bir üzvü Gültəkin Hacıbəyli Türkiyədə saxlanılıb və Azərbaycana deport olunmaq üçün İstanbul Arnavutköy miqrasiya məntəqəsinə aparılıb.
Maraqlıdır, belə proseslərin baş verdiyi saatlarda Cəmil Həsənli Dubayda hansı “təxirəsalınmaz ailə tədbirinə” gedirdi? Aydındır ki, Cəmil Həsənli istintaqdan yayınmaq üçün tələsik ölkəni tərk etmək istəyib...
Xatırladaq ki, bir müddət öncə media Gültəkin Hacıbəylinin də ölkədən qaçdığını yazmışdı. Gültəkin Hacıbəyli bunu təkzib etsə də, qısa müddətdə onun “təkzib”i Türkiyədən verdiyi məlum olmuşdu.
Həmçinin məlumdur ki, AXCP sədri Əli Kərimlinin evində axtarış zamanı evdən “Milyarderlər İttifaqı” ilə əlaqəyə dair materiallar, Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redaktə variantı, sair sənədlər tapıldığı barədə informasiya yayılıb.
Onu da qeyd edək ki, vaxtilə Rusiyada “Milyarderlər ittifaqı” nın namizədi olan Rüstəm İbrahimbəyovun Azərbaycandakı icraçılarının kimlər olduğu heç kimə sirr deyil.

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...