ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Salyanda keçirilib
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqları (ETİHİ) Respublika Komitəsinin ilk həmkarlar ittifaqı təşkilatları ilə növbəti görüşü Salyanda baş tutub.
Görüş Biləsuvar, Hacıqabul, Neftçala, Salyan və Şirvan rayon komitələrinin ilk həmkarlar ittifaqı təşkilatlarının sədrləri ilə geniş tərkibdə keçirilib.
Salyan şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Tədbirdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev, sədr müavini Mirzə Cəfərzadə, komitənin məsul əməkdaşları və 244 ilk həmkarlar ittifaqı təşkilatkarının sədrləri iştirak edib.
Görüşdə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev üzv təşkilatlarla birbaşa dialoqun və əməkdaşlığın gücləndirilməsinin ittifaqın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. Həmçinin həmkarlar ittifaqının son illərdə həyata keçirdiyi sosial layihələr, üzv təşkilatların fəaliyyətinin gücləndirilməsi, əmək hüquqlarının müdafiəsi və maarifləndirmə istiqamətləri müzakirə olunub.
Sonda ilk təşkilat sədrlərinin sualları cavablandırılıb, onların təklifləri dinlənilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.
İlk həmkarlar ittifaqı təşkilatlarının sədrləri ilə görüşlər mərhələli şəkildə ölkənin digər şəhər və rayonlarında da davam etdiriləcək.
Qeyd edək ki, ETİHİ Respublika Komitəsi 405 mindən çox ittifaq üzvünü, 6 minə yaxın ilk təşkilat olmaqla 148 üzv təşkilatı özündə birləşdirir.










Azərbaycandan Ermənistana dizel və taxıl daşıyan növbəti qatar yola salınıb
Azərbaycan neftinin qiyməti 80 dollara düşüb
Fikrət Heybətovun vakansiya oyunu - İTTİHAM VAR...
Xaçmaz rayonunda zəlzələ olub
Mazen Torki Saud Əl-Qadi: İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan təhlükəsiz ölkəyə çevrilib
"OPEC+" ölkələri avqustda neft hasilatını artırmaq barədə razılığa gəlib
Rusiya Kiyevə kütləvi zərbə endirib, ölən və yaralananlar var
Azərbaycanda dövlət suverenliyi tam bərpa edildikdən sonra ilk dəfə əhalinin siyahıyaalınması keçiriləcək
Azərbaycanın ABŞ ilə ticarət dövriyyəsinin dəyəri 385 milyona yaxınlaşıb