Sahib Məmmədov “casus” ovunda
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi son aylar qurumla bağlı mətbuatda yayımlanan məlumatlardan sonra mənbə axtarışına çıxıb.
Bu barədə AzFakt.com-a daxil olan məlumatda bildirilir ki, AHİK sədri Sahib Məmmədov ətrafına göstəriş verərək içəridəki “mənbə”nin tapılmasını istəyir.
Qeyd edək ki, Sahib Məmmədovun “mənbə” axtarışına çıxması ilə mətbuatda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası ilə bağlı yayımlanan məlumatları təsdiqini tapmış olur.
Bildirək ki, Sahib Məmmədov AHİK sədri seçildikdən sonra bir çox vəzifələrə özünə yaxın şəxsləri gətirib. Yeni sədrin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında apardığı “islahat” isə daha çox görüntü olaraq qəbul edilir.
Ortada dolaşan bəzi məlumatlara görə isə son aylar AHİK-də Sahib Məmmədov və komandasına qarşı ciddi narazılıqlar yaranıb. İddialara görə narazılğın səbəbi vəzifəyə yeni təyin edilmiş bir çox şəxslərin əmək haqqlarından əlavə 5 qat pul almaları ilə bağlıdır. Köhnə işçilər isə bu ayrıcalıqdan məhrumdurlar və onlara qarşı bu ayrı-seçkilik həm narazılıq, həm də qəzəb yaradır. Qeyd edilir ki, Səttar Möhbalıyevin dövründə də rəhbərliyə yaxın olan şəxslər paket alırdılar. Bu isə o anlama gəlir ki, Sahib Məmmədov sələfi Səttar Möhbalıyevdən heç də geri qalmır.(AzFakt.com)

Mayın ikinci ongünlüyünün sonunadək yağıntılı hava şəraiti davam edəcək - XƏBƏRDARLIQ
Xameneinin müşaviri BƏƏ və Küveyti hədələdi
“Şuşa əldən gedərsə, başıma güllə çaxaram” deyən namərd orada-burada sülənir”
Baxış Babayev 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib
“Azərbaycana nifrət edənlər hakimiyyətə gəlsə, Ermənistan xalqının başı dərddə olacaq”
İlham Əliyev: Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir
Xıdırlıda ağır qəza - 4 ölü, 1 yaralı
Azərbaycanda Tullantıların İdarə Edilməsi üzrə Dövlət Agentliyi yaradılıb
Bolqarıstan Prezidenti Bakıda WUF13 çərçivəsində keçiriləcək Liderlər Sammitində iştirak edəcək
İlham Əliyev: Azərbaycan dünyada nadir ölkələrdəndir ki...